Bu yaxınlarda hörmətli webmasterimizin sayta təqdim etdiyi bir veriliş videosunu seyr etdik. Ukraynanın "İnter" telekanalının efirində "Орел Рё решка" adlı əyləncəli,bu dəfə Bakı ilə bağlı olan buraxılışı idi.Sayt istifadəçilərinin əksəriyyəti seyr edib fikirlərini şərhlərdə bildirmişdilər.Mənsə,sözümü deməyə imkan edə bilmədiyim üçün şərhlərdə yazılanları müzakirəyə çıxarmağı qərara aldım.
Şərhlərdə çox istəfadəçilər haqlı olaraq teleaparıcı Janna Badoyevanın Bakı xanımları haqda yürütdüyü "Burda qadınlara qarşı xüsusən sərt sıxışdırmalar var,mən olsam,belə yerdə yaşaya bilməzdim"cümlələri reaksiya doğura bilməzdi.Hələ digər cümlələrini demirəm.
Janna teleaparıcının bu cümlələri təbii ki,İçərişəhərimizdə rast gəldiyi ve gecələdiyi bir ailə söhbətlərinə görə nəticə olaraq çıxarilib.
Amma gəlin bir düşünək.Bu gün Bakıda vəziyyət Jannanın dediyi kimidirmi?
Əlbəttə ki,xeyr!
Niyəsini bilmək üçün xəbərin davamını oxuyaq
16 may 2011-ci il tarixində Bakıda məşhur firma mağazalarından biri (reklam olmasın deyə adını yazmıram)bir müsabiqə başlatdı:
Müsabiqəyə səsvermə də artıq bu gündən başlayıb.
Kim qalib olacaqsa,hədiyyəsi halal xoşu
Mənə maraqlı gələn isə nə müsabiqədir,nə də onu təşkil edən firma.Müsabiqədə iştirak edən Bakı xanımlarına isə söz ola bilməz.Sadəcə super!
İndi onlardan bir neçəsini sizlərə də təqdim edirəm.
Sonra da deyirlər ki,Azərbaycan xanımları sıxışdırılır,öz hüquqları yoxdur və s.
İndi ay Janna,gəl sən bu xanımları da gör və çıxartdığın nəticənin doğru olmadığını qəbul elə
Mənə görə bu xanımlar həm geyim stilində,həm saç düzümündə,həm də yaraşıqda Ukrayna xanımlarını kölgədə qoyurlar.
Bəs,Qadin.Net istifadəçiləri nə düşünürlər görəsən? Bakı xanımları doğurdan da sıxışdırılırlarmı,özlərinin qərar qəbul etmə haqları yoxdurmu?