Qadin.NET / Dəyiş, dəyiş...Asandırsa sən dəyiş!

Dəyiş, dəyiş...Asandırsa sən dəyiş!

Dəyiş, dəyiş...Asandırsa sən dəyiş!

Dəyiş, dəyiş, dəyiş… Asansa sən dəyiş! Dəyişim vacibdir. Çox vaxt lazımlıdır. Bəzən yaxşılaşdırıcı təsirə malikdir. Bir nöqtədən digərinə apara bilir. İnsanı başqa bir hala çevirə bilir. İstəklərinə, ümidlərinə, xəyallarına apara bilir. Sizi başdan yarada bilər. Olduğunuz halıyla nədən şikayətçisiniz hamısını silə bilər, yenisinə ən çox istədiklərinizi gətirir. Zatən dəyimə bu deyilmidir; bir haldan digərinə, bir oluşdan digərinə keçid… Təsirlidir. Fəqət ümumilikdə heç asan deyildir.

Tanış olunandan, öyrəşiləndən vaz keçmək başlı-başına bir çətinlik deyilmidir? Düşünün, illərdir belə gəlmişsiniz, belə getməyəcəkmisiniz? Aşina olduqlarınızı geridə buraxıb bir daha dönməyəcəksiniz. Çünki döndüyünüzdə tapdıqlarınız geridə buraxdıqlarınız eyni olmayacaqdır. Onlarda dəyişilmiş olacaq. Çətin olduğunu bildiyiniz halda, etmək məcburiyyətində olduğunuzu heç hiss etmədinizmi ? Məsələn, getməyin çətin olduğunu bilərək, birindən ya da bir yerdən getmək məcburiyyətində qalmadınızmı? Hansımız qalmadıq ki… Əslində çoxumuz yaşadıq. Hamımız dəyişdik. Bütünlüklə olmasa da, bir neçə baxımdan mütləq …

Dəyiş, dəyiş...Asandırsa sən dəyiş!

Keçmişdə nə yaşadıqsa yaşadıq, necə dəyişdiksə dəyişdik. Bir cürə öhdəsindən gəldik və bu günlərə gəldik. Doğru ya da səhv, atlatdıq. Bəs gələcəklə necə başa çıxacağıq? Gələcəyin lazım bildiyi dəyişmələri necə yaşayacağıq? Çətin olacağını bilə-bilə, necə yola çıxacağıq? Necə güclü olacağıq? Hər şeydən əvvəl düşünürəm istəmək lazımdır. Dəyişməyi istəmək… Deyək ki, ‘dəyişim’ kəlməsi doğru olmadı. ‘Mən dəyişmək istəmirəm. Onlar dəyişsin, ya da olanlar dəyişsin“ deyə düşünürük. O halda başqa bir yol sınaqdan keçirək. Məsələn, əvvəl nə istədiyimizə qərar verək. Necə bir həyat istədiyimizə, nə olmaq, nə etmək, hara getmək, nə almaq, harda və kiminlə olmaq istədiyimizə qərar verək.“ Bunu doğurdan istəyirəmmi“ deyə özümüzdən soruşaq.“İstədiyimi yüzdə yüz istəyirəmmi?“,“ Bəs niyə yüzdə yüz deyil? İstədiyimi şübhəyə düşürən faktorlar nələrdir? Bu faktorlar istədiyimiz gerçəkləşdirməkdə mənə nə qədər əngəl ola bilər?“ …

Dəyiş, dəyiş...Asandırsa sən dəyiş!

Kimsəyə hesab vermək məcburiyyətində deyilik. Cavablarımızı başqalarına demək məcburiyyətində deyilik. Amma özümüzə qarşı dürüst olmaq məcburiyyətindəyik. Doğru olmaq və istəklərimizi bu gerçəklərə görə dəyərləndirmək məcburiyyətindəyik. Əks halda xəyal qırıqlıqları qaçınılmaz olar. Əslində istəklərimizi bilirik. İstəklərimizə çatacaq yolları da bilirik. Hətta olacaqları öncədən görə bilirik. Hərəkətə keçmək üçün bir az cəsarət, bir az da gücə ehtiyacımız var. O halda əvvəl ehtiyaclarımızı alaq. Sonra da hərəkətə keçək. Təsisatlı olarsaq, istəklərimiz qarşısındakı əngəlləri aşa bilmək üçün ehtiyacımız olan lazımı müdaxilələri edə bilərik. Hətta bəlkə bütün istəklərimizi edə bilərik! Niyə də olmasın?

14 avqust 2016
GO BACK