Qadin.NET / İnsanın ən böyük düşməni elə özüdür!

İnsanın ən böyük düşməni elə özüdür!

İnsanların özlərini sabotaj edə bilmə bacarıqlarının həddi hüdudu yoxdur. Hamımız bu həyatda bir şeylərə yiyələnmək, özümüzü gözəl yerlərdə görmək istəyərik; amma bu ollmasın deyə də bir çoxumuz əlindən gələni edər. Həm iş, həm də şəxsi həyatımızda bizi olmaq istədiyimiz yerdən qat-qat gerilərə atan 11 mənfi düşüncələrimizi siyahıya aldıq.  

İnsanın ən böyük düşməni elə özüdür!

1.Özünü dəyərsiz görmək

Özünə bir işi bacarmayacağını, bir işin olmayacağını, hədəfə çatmayacağını demək, yetərsiz və kiçik görmək daim 1-0 geridə olmaqdır. Bu həyatda sənin nəzarətində tək bir canlı var; Sən. Özümüzə nəyi yüklərsək onu geri alarıq. Uğur heç birimizə gümüş sinidə öz-özünə gəlmir. Diqqət cəmləyib əlimizdən gələni etmədən nəyin olub-olmayacağını bilmək qeyri-mümkündür.

2. Çox asanlıqla təslim olmaq

Sınamağı tərk etdiyində, uğura çatmaq şansınıda avtomatik olaraq itirirsən. Hər kəs batar, çıxar və xəta edər. İflasa uğrayar; yenidən sınayar, sıfırdan başlayar. Bir çıxmaz yola girərsən, geri –geri gələrsən və olması lazım olna da budur. Xətalar insanı bəsləyər, ağıllandırır və heç yoxdan mükəmməl bir öyrənmə şansı yaradır. İşlər gözündə böyüyüb irəliləmə çətinləşdiyində, yola davam etməlisən.

3. Sənin dəyərinə başqalarının qiymət verməsinə izn vermə

Nə rəhbərlərin, nə də ətrafın bacarıqların və qabiliyyətin haqqında sənin əvəzinə dəyərini müəyyən etməsinə izn verməməlisən. Özünün fərqində ol və olduğun insanı doğru şəkildə ifadə etməyi öyrən. Başqalarının sənə ölçdüyü dəyəri qəbul edib həmfikir olmamalısan.

4. Zehinə min bir mənfiliklər yükləmək

Bədbinlik bir xəyalı, bir hədəfi oradaca öldürmənin ən kəsə yoludur; səni irəliləməkdən saxlayar. Düzü özü ilə uğur gətirməsi qeyri-mümkündür. Zehni azad buraxdıqda haralara getdiyini gözləm. Əgər narahatlıqlar, şübhələr və bəhanələr arasında gedib gəlirsiniz, düşüncənizə bir nəzər yetirmənin vaxtı gəlmişdir.

5. Öz özünün kefini pozmaq

Hara gedirsən get, hansı işə girirsən gir və kiminlə olursan ol, hamısının sonunda səni xoşbəxt və bədbəxt edən tək insan sənsən. Əlbəttə həyat şərtləri, iş gərginlikləri, maliyyə problemləri və başımıza gələnlər bizi zaman-zaman qəmgin edəcəkdir. Zatən xoşbəxtlik ortada bir problemin olmaması deyildir; problemlərlə mübarizə aparıb o dövrüdə atlatdıqdan sonra hiss etdiklərimizidr. 

İnsanın ən böyük düşməni elə özüdür!

6.Həqiqətdən kənar istəklər

Təbii ki, optimist olmaq gözəl bir şeydir; amma ayaqların da bir yandan yerə dəymiş olmalı.Əks halda xəyal qırıqlığı və həvəs itməsini yaşamaq qaçınılmazdır. Hadisələrə və işlərə nəzəri zirvələr müəyyən etmək yerinə, indiki vəziyyəti necə ən yaxşı hala gətirəcəyini düşünməlisən.

7.Özünü mütəmadi başqaları ilə müqayisə etmək

Çatmaq istədiyin hədəf, sahib olmaq istədiyin şey nə olursa olsun; daim ora səndən öncə çatmış, ona sahib biri mütləq olacaqdır. Sənin həyat və kariyera yolçuluğun səna aid bir şeydir;sənin şəxsiyyətin, seçimlərin və sənə aid başqa şeylər yolunu müəyyən edir. Ona görə özünü başqaları ilə müqayisə etmək, asanlıqla uğursuz və ya “ geridə qalmış” hiss etdirə bilər.

8. Hər şeyə bir bəhanə gətirmək

Bəhanələr ən qiymətli zamanı israf etməkdən başqa heç bir işə yaramır. Nə problemlər həll olur, nə kimsəni razı salır; nə də sənin öyrənməyə davam etməni təmin edir. Yolunda getməyən və ya olmayan hər şeyi xarici səbəblərə bağlayıb dayanmaq hardan baxırsan bax bir az asana qaçmağa bənzəyir. Bunun yerinə, gerçəkdən dəyişdirə biləcəyin fəaliyyətlərə diqqət ayırmalısan.

9. Keçmişdə qalmaq

Geridə saxlayıb davam etmək asan deyildir; xüsusilə ürəyimizdəq alanlar və uğursuzluq varsa. Amma səni ayaqlarından zəncirlər; nəfəs alamayacaq hala gəlincəyə qədər boğar və zehnini bədbin düşüncələrlə doldurar. Geridə saxlaya bilsən, əslində necə bir əsarət içində olduğunu görəcəksən, nəhayət azad qalmağın kefini alıb və irəliləməyə davam edə biləcəksən.  

İnsanın ən böyük düşməni elə özüdür!

10. Xroniki qərarsızlıq

Qərarları diqqətli mühakimə etmək üçün özünüzə zaman verməyiniz və tələsməməyiniz əlbəttə yaxşıdır.Amma hər qərar, başqa bir seçimi rədd etməkdir və dolasıyla içərisində özünə aid risklər mütləq vardır. Bir çox şanslar əlindən çıxıb gedəcəkdir. Unutma ən pis qərar, qərarsızlıqdan yaxşıdır.

11. Eyni xətaları təkrar-təkrar etmək

Heç bir şeyin dəyişməməsinə təəccüb etmək lazımdır. Yeni bir şey sınamazsan keçmişdən birini çıxarıb baxarsan; dəfələrsə sınadığın halda bir işə yaramadığını da görmüsən.

Axmaqlar eyni şeyləri edib fərqli nəticə əldə etməyi gözləyənlərdir. (A. Enşteyn)

11 iyul 2016
GO BACK