Sizcə siz burada hansısınız?
Bəzən həyatdan nəsə əldə edə bilmədikdə bu əhvalata nəzər salıb düşünmək lazımdır.
Bir mülkədar vardı. İşçilərindən biri onun yanına gəlib dedi: Ağa, nə üçün mənə gündəlik 5 manat, Vasifə isə 20 manat verirsiz?
Mülkədar pərdəni qaldırıb dedi: Deyəsən kimsə gəlir, özü də ot-ələf gətiriblər, çıx bir maraqlan. Gör nə söhbətdir?
İşçi çıxıb bir az keçmiş qayıtdı. Hə, düz deyirsiz. Ot-ələfdir.
Mülkədar dedi: Bilmirsən hardan gətiriblər? Bəlkə filan rayondandır?
İşçi: Nə bilim vallah.
Mülkədar: Get öyrən.
İşçi qaçıb gəldi: Bəli, düz deyirsiniz. Filan rayondandır.
Mülkədar dedi: Bilmirsən biçimi necədir?
İşçi: Yoox.
Mülkədar: Qaç öyrən.
İşçi qaçıb gəldi: Filan cürdür, keyfiyəti yaxşıdır.
Mülkədar: Neçədən verir?
İşçi: Atam qəbri bilmirəm.
Mülkədar: Get öyrən.
İşçi qaçıb gəldi: Beş manatdan.
Mülkədar: Bilmirsən aşağı verir, ya yox?
İşçi:...
Bu zaman Vasif gəlib dedi:
Ağa, ot-alaf gətirirblər. Bizə də lazımdır. İndi sərfəlidir almaq. Gedib danışdım. Filan rayondandır. Biçimi filan cürdür. Beşə verirdi, üçə salmışam. Anbara saldım. Pul ver boşaltdırım.
Mülkədar güldü və üzünü şikayətçi işçiyə çevirib dedi: İndi fərqi gördün? Anladın məsələni?! Hər kəs bacardığını, istedadına layiq olduğunu almalıdır.