Fərz edək ki Matilda Xalam gözəl bir keks bişirmiş olsun və dünyanın ən seçmə elm adamlarından ibarət olan bir birliyə bu keksi analiz etmələri üçün vermiş olaq. Mən, bu yığıncağın başçısı olaraq onlardan keksi açıqlamalarını istəyim; onlar da üzərində çalışsınlar. Qida alimləri bizə bu keksdəki kalori miqdarını və onun bəsləyici təsirini izah edəcəklər; biyokimyaçılar keksdəki zülalların, yağların və bənzərlərinin quruluşu haqqında məlumat verəcəklər; kimyaçılar ehtiva etdiyi elementlərdən və aralarındakı bağlardan bəhs edcəklər; fiziklər keksdəki təməl hissəcikləri analiz edəcəklər; riyaziyyatçılar də şübhəsiz bu partikulların davranışını açıqlayan zərif düsturlar təklif edəcəklər.
İndi bu mütəxəssislərdən hər birinin öz intizamına görə keks haqqında etmiş olduğu əskiksiz şərhlər nəticəsində keksin bütövlükdə izah edilmiş olduğunu söyləyə bilərikmi? Bizə keksin necə edildiyi və dəyişik komponentləri arasında əlaqələrin necə olduğu mövzusunda qəti şərhlər edildi lakin mən bu mütəxəssis heyətə son bir sual daha soruşsam və desem ki: "Keks nə üçün hazırlandı? ' Nə deyə bilərlər? Halbuki Matilda Xalan'nın üzündəki təbəssüm, cavabı bildiyini göstərir; çünki keksi o bişirdi və bunu bir məqsədə görə etdi. Şübhəsiz ki, dünyadakı bütün qida mühəndisləri, biyokimyaçılar, kimyaçılar, fiziklər və riyaziyyatçılar bu suala cavab verməkdən acizdir. Elm adamlarının öz intizamlarının bu suala cavab verə bilməyəcəyini ifadə etmələri o intizamı alçatdıqları mənasına gəlməz.Onların intizamları keksin quruluşu və təbiəti haqqındakı suallara cavab verə bilər ki, bu 'necə' sualını cavablamaqdır; lakin keksin quruluş məqsədinin nə olduğuna bağlı 'nə üçün' sualına cavab verə bilməz. Əslində, bu suala cavab vermənin tək yolu, Matilda Xalan'nın bizə keksin quruluş səbəbini bildirməsidir. Əgər o bizə bu problemin cavabını açıqlamazsa elmi analizlərin heç biri bizi bu mövzuda məlumatlandırmayacaqdır.
Bertrand Russellin məntiqini təqib etsək, elm, Matilda Teyzenin keksi nə üçün hazırladığını əsla söyləyə bilməyəcəyindən, keksi nə üçün hazırladığını bilməmiz mümkün deyil. Halbuki bunu bilməyin bir yolu var. Etməmiz lazım olan tək şey ona soruşmaq. Doğruya gedən tək yolun elm olduğu iddiası, nəhayət elmin özünə görə belə mənasızdır. Nobel mükafatlı Sir Peter Medewar ''Advice to a Young Scientist'' adlı möhtəşəm kitabında bu xüsusa toxunur: '' Bir elm adamının, özünün və peşəsinin etibarını lekelemesi üçün ən kəsə yol; (Xüsusilə heç bir növdən açıqlama istənmədiyi vəziyyətlərdə) elmin bütün suallara, hətta yalnız axmaq müəllimlərin cavablandıra biləcəyi və ancaq saf insanların soruşa biləcəyi növdən, sual xüsusiyyəti belə daşımayan amma 'sual imiş kimi görünən' və elmi bir cavabını tapmanın mümkün olmadığı suallara belə cavab verdiyini və ya irəlidə verəcəyini elan etməsidir.'' Medawar davamla: '' Hər şey necə başladı? '', '' Nə üçün buradayıq? '', '' Həyatın mənası nə? '' Kimi başlanğıc və sona dair bəzi təməl suallara cavab vermə bacarığına sahib olmaması elmin də bir sərhədinin olduğunu açıqca göstərir'' deyər və bu cür suallara cavab tapmaq üçün din və düşüncə literatürünə müraciət etmənin lazım olduğunu ifadə edər. Bu nöqtəni həmçinin, İnsan Genomu Layihəsinin Direktoru Francis Collins də vurğulayır: ''Elm, 'Kainat nə üçün var oldu?', 'İnsanın varlığının mənası nədir?', 'Öldükdən sonra nə olacaq?' kimi suallara cavab verməkdən acizdir.'' Qısacası, bir insanın özünü ehtirasla həsr etmiş bir elm adamı olmasıyla, elmin hər suala (insanın soruşa biləcəyi ən dərin suallar da daxil) cavab verə bilməyəcəyini qəbul etməsi bir-biriylə ziddiyyət təşkil etməz.
Beyin Akademisi Tərcümə: Eltun İsmayılov