Qadin.NET / Xoşbəxtliyə səsləyən müəlliflərin öz aqibətləri

Xoşbəxtliyə səsləyən müəlliflərin öz aqibətləri

Xoşbəxtliyə səsləyən müəlliflərin öz aqibətləri

Aparılan kiçik bir araşdırma zamanı məlum olub ki, ABŞ-da ailə harmoniyası haqda “Nigahı necə qorumalı” kitabını yazan yazıçı öz həyat yoldaşını öldürərək şəklini “Facebook” sosial şəbəkəsinə yerləşdirib. “Dostları necə qazanmalı” kitabının müəllifi Dale Carnegie isə tənha bir şəkildə dünyasını dəyişib. Yaxud “Uşaqların tərbiyyəsi haqda” kitabların müəllifi Benjamin Spock öz övladları tərəfindən qocalar evinə yerləşdirilib. Bestsellerə çevrilən “Necə xoşbəxt olmalı” kitabının koreyalı müəllifi isə depressiyadan özünü asıb. Bu siyahını uzatmaq da olar. Lakin sadaladığımız faktlar bir daha sübut edir ki, insanlara həyat və yaşam dərsi keçən bu şəxslərin öz həyatları acınacaqlı olub.
Bəs görəsən onların bu cür aqibət yaşamasının səbəbləri nədir?

Xoşbəxtliyə səsləyən müəlliflərin öz aqibətləri

İslaminSesi mövzunu ilahiyyatçı - yazar Fərid Abdullah ilə müzakirə edib. Ekspert bildirib ki, bu şəxslərin fəaliyyətinə nəzər salarkən insanı bir fikir düşündürür. Nəyə görə onlar bu qədər uğur qazanırlar?. Belə bir ifadə mövcuddur: “Hər kəs özündə olmadığı şeylərdən danışır”. Lakin bu məsəlin həmişə, hər yerdə keçərli olmadığı da məlumdur: “ Bəzən elə insanlar olur ki, ətrafındakılara, ümumiyyətlə, cəmiyyətə gözəl nəsihətlər edir, onları doğru yola çağırır. Bunun nəticəsində isə insanlar əməllərini düzəldərək Allaha yaxınlaşır. Lakin həmin şəxsin özü isə dediklərindən nəticə çıxarda bilmədiyi üçün həyatını məhv edir. Məsələnin müsbət tərəfi isə ondan ibarətdir ki, bu insanlar yaşamın düzgün yollarını axtarıblar. Özlərinin ehtiyacları üzündən tədqiqatlar aparıblar. Ortaya müəyyən bir nəticə qoysalar da, bu onları qane etməyib. Bəzən müəyyən bir mənsəbə yetişən insan oturub düşünür və əldə etdiyi nəticənin onu qane etmədiyini görür. Lakin geriyə addım ata bilmir. Bu cür şəxslərin yazdıqları əsərlər, etdikləri nəsihətlər mənfi və müsbət olaraq iki hissəyə ayrılır. Mənfi tərəfi ondan ibarətdir ki, bu şəxslər özlərinin qəbul etmədikləri arqumentləri kitablar vasitəsi ilə cəmiyyətə aşılayıblar. Bu isə yolverilməzdir. Müsbət məqam ondan ibarətdir ki, bu insanlar özlərinə çarə etmək istəsələr də onları qane etməyib və bədbəxtliyə düçar olublar. Görünən budur ki, sözügedən insanlar əsərlərindən fərqli olaraq həyatlarında ona görə uğur qazana bilməyiblər ki, gəldikləri nəticələri öz yaşamlarına tətbiq etməyi bacarmayıblar”.


28 may 2016
GO BACK