Qadin.NET / Sevgi dilənçiləri

Sevgi dilənçiləri

 

 

Bütün günü yollarda, mağazaların önündə, insanların sıx olduğu yerlərdə əllərini açaraq dilənirlər. Onlar bizdən, bizlərdən dilənirlər. Hər əlləri  açılanda gözləri bir ümidlə əllərinə dikəlir. Əllərinə qoyulan qəpiklərin işıltısı bəzən hətta onların gözlərini belə parıldadır. Günün sonunda yığdıqları qəpik-quruşu sayıb gəldikləri yerə dönürlər. Bəli, onlar dilənçidirlər özüdə ki,  sevgi dilənçiləri. 

Bir qadın yanında iki körpə uşağı. Yolun kənarında bardaş qurub oturub. Başını divara söykəyib. Uşaqlarından biri durmadan ağlayır. Ondan bir az böyüyü isə  gözlərini açıb heyranlıq və təəccüblə ətrafa baxır. Anası əllərini açıb dilənir. Bəs bu uşaq? O, burada neyləyir? Uşaq da dilənir. Amma o, insanlardan sevgi dilənir. Anasından görmədiyi nəvazişi dilənir. Onun bu sevgi dilənən baxışlarının əvəzinə biz insanlar ona qəpik veririk. Nəticədə cəmiyyətdə yeni bir pulgir hərr şeyi pulda görən bir insan yetişir. Bu uşağın təxəllüyündə sevgi artıq pula çevrilir. Bundan sonrakı həyatında isə o, artıq sevgini pulda axtarır. 

 

Sevgi dilənçiləri

Qoca bir qadın mağazanın önündə əyləşib. Öz aramızdı qoca işinə bilir ha. İnsanların ən çox gəlib getdiyi yerdir bura. ətrafına göz gəzdirir. Taleyin işinə bax. Qocanın müdrik gözləri çirkli əllərdə pul axtarır. Görəsən o sahibsizdir? Məgər onun övladları yoxdur? Olsa da nə fərqi var? Bəlkə də bu qocanın adətidir. Son insan son ümid. Hava artıq qaralır. Qoca getməyə hazırlaşır. Bu vaxt yolun sonunda bir cavan oğlan görünür. Qoca qadın son insan son ümid deyib əllərini irəli uzadır. Cavansa bir qəpiyim yoxdur deyərək onun yanından keçir. Ey qoca ümidi göylərdə Allahına olan sevgində axtar. Yalnız Allah sənə kömək olacaq.  

Sevgi dilənçiləri

Cavan bir qız. Üst başı çirk içində. Dodağı altında nə isə pıçıldayaraq insanlara yaxınlaşır; “ Allah sənin balalarını saxlasın. Allah səndən razı olsun.” Və s. Sözlərlə insanlardan pul dilənməyə çalışır. Əksəriyyəti ona fikir vermir. O isə "Ümid sonda ölür" deyib, bəxtini yenə də sınayır. Axşama doğru qız öz qara və çirkli əlləri ilə qəpikləri sayıb evə dönür. Indi biz bu qıza nə deyə bilərik? Nəyinsə dəyişəcəyini bilsəm qarşısına çıxıb etmə deyərəm. Amma nə fayda bir şey ki, insanda vərdiş oldu onun düzəlməsi müşkül məsələdir. Bu qız özü də bilmir nə dilənir. Ona elə gəlir ki, pul dilənir. Amma yox o, sevgi dilənir. O, ailədə görmədiyi, bəlkə də nə olduğunu belə bilmədiyi bir sevgi dilənir. Siz  elə bilirsiniz ki, dilənçilər ancaq yolda olur? Xeyr, sevgi dilənçilərinin növbəti ünvanı qocalar evidir. Burada yüzlərlə qoca var. Saatlarla pəncərənin önündə dayanıb gözlərini sonsuz yollara dikirlər. Qocaların qəmli gözləri bu yollarda sevgi dilənir. Bir vaxt böyütdüyü övladından sevgi dilənir bu qocalar. Nankor övladından bir vaxt artıqlamasıyla verdiyi bir sevgini, qayğını dilənir bu qocalar. Həyat çox qəribədir. 

Bax belə. Bunlardır bizim cəmiyyətin dilənçiləri. Daha doğrusu sevgi dilənçiləri. Qoy, Allah heç kəsi sevgi dilənçisi etməsin. Amin.....

18 may 2016
GO BACK