Qadin.NET / Daxili dialoqun inanılmaz gücü

Daxili dialoqun inanılmaz gücü

Daxili dialoqun inanılmaz gücü
Başqalarına söylədiklərimiz, özümüzə dediklərimizdən daha az əhəmiyyətlidir. Bütün gün, hər gün zehnimiz yaşadığımız həyatı yönləndirən düşüncələrlə dolub, daşar. Bu içdən danışmaq uğurlarımızı və uğursuzluqlarımızı müəyyən edər. Həyatınızın hər hansı bir dövründə inkişaf etmək niyyətindəsiniz, istər sağlamlıq baxımdan olsun, istər karyera, istər münasibətlər, hərəkətə daxili danışmanızı dəyişdirərək başlayın. Nələr olduğunu görüncə təəccüblənəcəksiniz. Daxildə danışma nədir? Özümüzlə hər gün (dəqiqədə 150 ilə 300 kəlmə olmaqla) 50000 kəlmə danışırıq. Bu kəlmələri oxuyarkən, eyni zamanda özünüzlə də bir dialoq halındasınız. Bir tərəfdən bu yazının sizdə buraxdığı təsirləri özünüzlə müzakirə edirsiniz, bir tərəfdən də bu gün etməniz lazım olan şeyler və ya gələcəklə bağlı düşüncələr diqqətinizi dağıdır. Bu daxildə düşünmə, ya da içdə danışma zehnimizin şüurlu bölgəsində meydana gəlir. Əksər insanın fərqində olmadığı şey isə iç danışmalarımızın şüuraltımıza verilən əmrlərin olduğudur. Şüuraltımızın vəzifəsi zehnimizin şüurlu hissəsi tərəfindən verilmiş əmrləri daşımaqdır. Şüuraltımız gündə 24 saat həftədə 7 gün boyunca şəxsi xidmətmizə hazırdır. Daxildə danışma işimizə necə yarayar? Dənizi keçməkdə olan bir gəmi xəyal edin. Gəminin kapitanı yüksək səslə əmrlərini verir, ordakılar da bunu yerinə yetirir.
Daxili dialoqun inanılmaz gücü
İnsanların içəridə, gəminin hara getdiyini, nəylə üzləşəcəyini bilmədən bu vəzifələri yerinə yetirdiklərini düşünün. Kapitan şüuru, işçilər isə şüuraltını simvolizə edir. Yəni kapitan bu əmrləri verdiyində: “Bütün sürətlə irəli, 15 dərəcə şimala, və s.” işçilər sadəcə bu şəkildə qarşılıq verir: “Əmrinizə hazırıq kapitan” və əmrləri əskiksiz yerinə yetirməyə çalışarlar. İşçilər gəminin bir aysberqə doğru getdiyini, başqa bir gəmiylə toqquşacağını, ya da hədəfinə yön aldığını diqqətə almaz. Əmrlər heç bir şəkildə mühakimə edilməz və kapitan müzakirə edilməz. Gəmi metaforu şüur ilə şüuraltı arasındakı münasibəti yaxşı bir şəkildə göstərir. Bunlar iki fərqli ağıl deyil, eyni ağlın iki hissəsi olaraq izah edilə bilər. Ona görə özümüzə nə dediyimiz, ya da özümüzü necə tanıdığımız düşüncəni şüur səviyyəsini çıxış nöqtəsi olaraq alır. Əgər mütəmadi olaraq bunları deyərsək; “Adları heç xatırlamıram” “Evliliyim dağılıb, gedir.” “Kifayət qədər pulum heç bir vaxt olmayacaq” və s... Bunlar siz fərqində olmasanız da, şüuraltına göndərilən təlimatlar olur. Şüuraltımızın vəzifəsi də dayanmaq bilmədən təlimatları həyata keçirməyə çalışmaq olunca, bu problemlər daha da çoxalır. Şüuraltımız təlimatların bizim üçün yaxşı və ya pis olub-olmadığına qərar verə bilmir,  sadəcə ondan istədiklərimizi yerinə yetirir. Daxildə danışma niyə vacibdir? Bunu qeydə alaq: “ Həyatda istədiyimiz şeylərə deyil, gözlədiyimiz (umduğumuz) şeylərə sahib oluruq”. Bunu fərq etməyimiz də çox vacibdir: “özümüzlə bağlı düşüncəmiz (mənlik) daxildə danışmamız ilə yaradılır və özümüzlə bağlı düşüncəmiz (mənlik) həyatın hər sahəsində fəaliyyətimiz üçün müəyyənedici olur.  "Özümüzlə bağlı yüzlərcə fikrimiz ola bilər. Aşbazlıq bacarığımızla bağlı yaxşı bir fikirimiz vardir, məsələn “ çox yaxşı yemək bişirərəm”. Sosial bacarıqlarımızla əlaqəli pis bir fikirimiz ola bilər “ insanlarla dostluq qurmaqda çətinlik çəkirəm. İlk dəfə qarşılaşdığım bir insanla iki kəlmə edə bilmərəm.”  Bunları dedikdən sonra şüuraltımız özümüzlə fikrimizi tutarlı hala gətirməyə çalışır. Düşüncələrinizi dəyişdirərək həyatınızı dəyişdirin. Biz dünyaya bir inamla, bir fikirlə gəlmədik. Bizlər boş bir gəmi idik. Sağçı  və ya solçu deyildik. Dünyanın necə olması lazım olduğuna dair inanclarımız yox idi. Ailəmizdən, ətrafımızdan aldığımız məlumatlarla bərabər özümüzlə bağlı fikirlərimiz yaranmağa başladı. Zirvəyə çıxacağımıza inandığımız, ya da əksinə uğurlu olmayacağımıza dair fikirlərimiz zehnimizde əks olundu. Altı yaşımıza gəldiyimizdə özümüzlə bağlı erkən dövr xəyallarımızın çoxu yaranmışdır. Amma bunlar başqalarından eşitdiklərimizlə deyil, daxili danışmamızda bunları necə izah etdiksə o şəkildə olmuşdur. Öz içdə danışmamız özümüzlə bağlı fikrimizi yaradır və özümüzlə əlaqəli fikrimizlə fəaliyyətimiz arasında bir başa bir əlaqə var. Həyatımızın hər hansı bir sahəsində fəaliyyətmizi artırmaq istəyiriksə, özümüzlə əlaqəli fikrimizi inkişaf etdirmək lazımdır. Arzuladığımız nəticəyə çatmağımızı təmin edəcək dili yaradaraq özümüzlə bağlı fikirləri üst səviyyəyə apara bilərik. Yenilənmiş iç danışığımızı təkrarlayaraq şüuraltımıza təlimatları göndərməyə başlayaq. Şüuraltımıza yeni vəzifələri yerinə yetirmək üçün o an işləməyə başlayacaqdır. Şüur altımız əsla mühakimə etməz. Doğrumu, səhvmi deyə müzakirə etməz,  bizim üçün yaxşı, ya da pis olub-olmayacağını hesablamaz. Zehnin şüurlu hissəsi tərəfindən ona nə deyilmişsə onu edər. Həyatınızı dəyişdirmək istəyirsinizsə, daxildə danışmağınızla ilk addımı atın, əmin olun ki, nəticələr sizi çox təəccübləndirəcək.
 
11 may 2016
GO BACK