Qadin.NET / “Dissociative identity disorder”sindromu

“Dissociative identity disorder”sindromu

 

“Dissociative identity disorder”sindromu

 

Valideynləri 3 yaşlı Leylanı əmisinin yanına qoyurlar. Əmisi kobud, zalım bir adamdı. Elə Leylanın çətin günləridə bu gündən başlayır. Leyla hərgün cəza alır, qaranlıq otaqda ac saxlanılır, döyülür...

Səkkiz yaşında valideynləri Leylanı öz evlərinə aparırlar. Birgün anası Leylanın dəftərlərinə baxanda “Eldar” adını görür. Düşünür yəqin sevdiyi oğlandır. Leyla isə özünü çox qəribə aparır. Bəzən ağıllı, utancaq qız olan Leyla bəzən aqressiv, əsəbi, tez əsib-coşan bir oğlan kimi olur. Və tez-tez mənə Leyla deməyin, mən Eldaram deyir. Ailəsi bir neçə dəfə psixoloqa götürsədə, heçbir xeyri olmur. Leyla olanları xatırlamadığını deyir.

“Dissociative identity disorder”sindromu

Leyla 20 yaşında ailə qurur. Evliliyin ilk həftəsi əri evə girəndə, Leylanın kişi paltarları geyinib, söyüş söyə-söyə futbol izlədiyini görür. Otaqı siqaret tüstüsü bürüyüb. Əri bunun nə demək olduğunu soruşanda isə, Leyla özündən çıxır. “Sən kimsən mənə qarışırsan? Xoşun gəlmir çıx get bu evdən!” deyib öz otağına çəkilir. Əri Əhməd otağa girəndə isə Leylanın uşaq kimi qorxa-qorxa bir küncə sıxılıb ağladığını görür. Biraz sonra isə Leyla elə o küncdə yuxulayıb yatır. Oyandığında isə əynindəki kişi paltarlarını, üstündən gələn siqaret iyini görüb təəccüblənir. Bu paltarlar niyə onun əynindədi?. Niyə otaq tör-töküntüdür? Leyla heçnə anlaya bilmir. Heçnə xatırlamır.

Artıq bir neçə dəfə bu hadisələr təkrarlanır. Leyla gah ağıllı, utancaq, olqun bir xanım olur, gah aqressiv, sərt, kobud və adının Eldar olduğunu deyən bir kişi, gah da uşaq kimi bir küncdə ağlayan, diqqət qayğı, sevgi istəyən bir qız uşaqı olur...

Leyla uşaqlara nifrət etdiyini, uşaq səsinə, uşaq ağlamaqına dözə bilmədiyini deyir. Bəzən isə özü uşaq kimi ağlayırdı...

Bir gün polislər yol kənarında üz-gözü qan içində olan Leylanı tapırlar. Leyla heçnə xatırlamır. Küçəyə taxılan kameralardan hadisənin necə baş verdiyini görən polislər heyrət içində qalırlar. Leyla bir od qalayıb və kişi kimi hərəkətlər ,jestlər edir. Siqaret çəkir və kimləsə əlnən-qolnan danışır. Ətrafda isə heç kəs yoxdur. Sonra isə özünü vurmaqa başlayır. Üz-gözünü al-qana boyayandan sonra kənara çəkilib uşaq kimi ağlayır. Bu haqda Leyladan soruşanda isə heçnə xatırlamadığını deyir.

“Dissociative identity disorder”sindromu

Polislər Leylanın əri Əhmədə zəng edib vəziyyəti ona danışırlar. Əhməd Leylanı bir psixoloqa aparır. Psixoloq bir neçə günlük söhbətdən, testlərdən sonra Leylada “Şəxsiyyət pozulması” psixoloji xəstəliyinin olduğunu deyirlər..

Hadisə olmuş hadisədi mən qısaldaraq yazdım. Adları da şərti olaraq seçmişəm. Xəstəlik isə “Dissosiyatif kimlik bozukluğu” xəstəliyidi. Ümumiyyətlə “dissosiyatif bozukluklar” 5 qrupa bölünür, mən biri haqda yazacam. “Kimlik bozukluğu” Leylada necə əmələ gəldi? Bunu bilməkçün Leylanın uşaqlığına qayıdaq. Əmisi Leylanı həmişə döyür ona zülm edir. Leyla bunlara dözə bilməyəndə isə köməyə “Eldar” gəlir. Eldar gerçəkdə olmayan bir xarakterdir. O elə Leylanın “alter eqo”sudu. Leyla uşaqdı, zəifdi. Qorunmaqa, köməyə ehtiyacı var. O həm zəif həm də güclü ola bilməz. Ona görə beyin daha güclü bir xarakter yaradır- Eldar. Axırıncı hadisədə Leyla öz “uşaq mən”i ilə “Eldar mən”ini eyni anda yaşayır. “Uşaq Leyla” ağlayır “Güclü Leyla” isə ağlamasın deyə ona acıqlanır onu döyür. Əsl Leyla isə bunların hər ikisinin özü olduğunu ayırd edə bilmir. Özünə ziyan vurduğunun fərqində deyil. Bu cür xəstəlik belə yaranırki: Adətən uşaq vaxtı hansısa hadisəyə dözə bilməyəndə bu olanlara dözümlü olan bir şəxsiyyət yaradır beyin. Bəzən insan 10 ayrı şəxsiyyət ola bilir. Bir-birlərindən isə xəbərləri olmur. Bir filmdə vardı belə. Oğlan iki şəxsiyyətli idi. Biri yaxşı idi psixoloq işləyirdi, məllim idi. Digər şəxsiyyəti isə pis biri idi. Pislik edirdi ama digər tərəfdəndə o pislikləri edəni axtarırdı. Yəni özü özünü axtarırdı. 

Samir (CamalAli Əkbər) 
13.04.2016

15 aprel 2016
GO BACK