Elmi-bədii hekayələr, miniatürlər
Münasibət
Triqonometriya səmada yarandı. Həyat üçbucağında (ömür, əməl və əbədiyyət) münasibətlərini müəyyənləşirdi. Əbədiyyəti əməllərin yasama nisbəti kimi qəbul etdi. Zamanı xeyrə və ya şərə bölərək adamların həyata baxış bucaqlarını hesabladı.
Triqonometriya özünü təsdiqləmək üçün fəzadan müstəviyə endi. Düzbucaqlı üçbucaqda bucaq (əbədiyyət-həyata baxış) və tərəflər (əməllərin zamana-ömrə nisbəti) arasında münasibət oldu.
Verilmiş bucağın sinusu =qarşı katet/hipotenuz
Verilmiş bucağın kosinusu= qonşu katet/hipotenuz
Verilmiş bucağın tangensi= qarşı katet/qonşu katet
Verilmiş bucağın kotangensi= qonşu katet/qarşı katet
Sonra elmin dərin qatlarına baş vurdu. Triqonometrik eynilikləri, sinuslar və kosinuslar teoremini ifadə etdi. İrəlilədikcə
əməlinin nəticələrinə - xeyir yaxud, şər olduguna fikir vermədi. Bir vaxt ayıldı ki, tənlikdə məchul olub. Əvvəlcə özünü tapmalıdı. Tənlik isə onu qaydalara uyğun (cəbri tənliyə gətirmək, yardımçı bucaq daxil etmək, triqo-nometrik ifadələri qiymətləndirmək… ) həll etdi.
Bu yerdə özünü hakim sayan triqonometriya Təbiətə və qanunlara tabe olduğunu anladı. O, həyat naminə münasibətlərdən şəri uzaqlaşdırdı. Əbədiyyətə qovuşmaq üçün xeyri ömürə yoldaş etdi.
Müəllif: Nurlan Quliyeva