İşdən gəlib yatmışdım. Gecə növbətçisi olanda çox yoruluram.Birdən qapımız bərk-bərk döyüldü.Qonşum idi:-Sən Allah un ver kişi xəşil yemək istəyir.
Verdim tələsik çıxıb getdi. Bir azdan qonşudan gələn qab qırılması,qışqırıq səsinə ayıldım.
Nə olub görəsən deyə düşündüm.Bir azdan qapı bərk çırpıldı .Yəqin kişi getdi .Azca keçmiş yenə qapımız döyüldü.Amma bu dəfə daha möhkəm.Açdım qonşum heç mənə macal vermədi ki, nə olduğunu soruşum .
-Ayıb deyil sənə un istəmişdim səndən nişasta yox .Quruyub qaldım.
-Yekə arvadasan, unun yoxdu de ki yoxdu bu nə oyundu başıma açırsan.
Heç nə deməyib qapını örtüb içəri girdim.
İndi siz mənə deyin kimdir günahkar?Yuxulu olub unla ,nişastanı dəyişik salan mən , yoxsa hələ də unla, nişastanı tanımayan qonşum?