Sən əvvəl ürəyinin təmizliyi ilə məşğul ol, qəlbini təmizlə. Ürək təmizliyi fərzdir, məcburidir. Ürəyini təmizlədikdən sonra mərifətullah (Allahı tanımaq, bilmək deməkdir) təhsilinə yönəl. Qəlbin təmizlənməsi əsasdır. Əsas olanı yerinə yetirmədən daha sonra ediləcək işlərlə məşğul olmağa cəhd etsən, bu əsla qəbul edilməz.
Ürək pis, nəcis olduğu müddətcə, digər üzvlərin təmiz olmasının faydası yoxdur. Çünkü ürək əsldir, köktür, təməldir. Diğər üzvlər isə dal-budaq yerindədir.
Üzvlərini sünnətə uyğun gələrək, yəni Allah Rəsulunun əxlaqı ilə əxlaqlandırmaqla təmizlə. Ürəyini də Quran ilə təmizlə. Ürəyini təmizlə və qoru ki, digər üzvlərin qorunsun. Diğər orqanlarının qorunması, ürəyinin hər cür mənfi və pis duyğu, təmayül və ehtiraslardan qorunmasına bağlıdır. Hər qapıdan ancaq içindəkinin qoxusu çıxar. Bir qabın içində hansı maddə varsa, töküldüyündə ancaq o çıxar. Yəni bunun kimi, sənin ürəyində nə kimi duyğular mövcudsa, üzvlərindən də ancaq o duyğular zühur edər.
Ağl-ı səlim sahibi ol. Sənin hal içində olduğun bu məşğul halın, ölümə iman edib, sarsılmaz və qatı bir şəkildə inanan adamın hal və hərəkəti deyildir. Bütün bunlara inanan adam, belə lazımsız şeylərlə məşğul olmaz.
İman və Allah sevgisi cəhətdən sağlam və kamil bir ürək, tövhid ilə dopdoludur. Təvəkkül ilə dopdoludur. Qatı və sarsılmaz bir inancla dopdoludur. Tevfiq, elm və imanla dopdoludur. Əzîz və Cəlal sahibi Allaha yaxınlıqla dopdoludur. Bütün insanları acizlik, zillət və fəqr-möhtaclıq gözüylə görür. Hamısının aciz, zəlil və möhtac olduğunu bilir. Bununla birlikdə, bir kiçik uşaq qarşısında belə əsla özlərini böyük göstərməzlər.