Qadin.NET / "… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?

"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?

 

"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?


"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?

 

Milanda yaşayan əslən Moldovalı olan Eugeniu Croitoru və Debabrata Nathın birlikdə hazırladıqları “Bill” xarakteri internetdə olduqca məşhur olmağa başladı.

Twitterdə də #BeLikeBill həştəqiylə paylaşılan bu şəkillər ilk olaraq keçən il üzə çıxsa da əsl məşhurluğu bu il Yanvarın əvvlində əldə etdi. Təqibçi sayı qısa müddətdə 1,5 milyonu keçən

Be Like Bill’ə (Bill Kimi Olun) (https://www.facebook.com/OfficialBLB/?fref=photo) Facebook səhifəsinin qatqısı böyükdür.

Daha əvvəl də Facebookda yumor məqsədli səhifələr hazırlayan və özünü "internet təşəbbüskarı" olaraq görən Eugeniu Croitoru deyir: "Sadə bir fikirdən yola çıxdıq. “Bill” ağıllı, sağlam fikir sahibi və insanları əsəbiləşdirən şeylər etməyən hər hansı biri ola bilər. Bundan başqa fərqinə vardınızsa Bill özünü də ələ sala bilir. Bəzən də başqaları haqqında zarafatlar edir".

"Bill" xarakterini telefon xəttindən konsertə qədər hər cür məhsul və fəaliyyətin reklamını etmək üçün istifadə edən çox sayda şirkət olsa da Croitoru özünün bu ideyasından hələ qazanc əldə etmədiyini söyləyir, amma gələcəkdə əldə etməyi ümid etdiyini deyir.

Bill obrazının Ərəbcədə adı Bilal və ya Bəşir, Malayziyada Raşit, Azərbaycanda Əhməd, İspancada Jose, Türkiyədə isə heç bir adı yoxdur. Bu axın Türkcəyə çevrilərək paylaşılan internet ədəb qaydaları xaricində, ictimai məsuliyyət mesajları vermək üçün də istifadə edilməyə başlandı.

Facebookda son günlərdə sürətlə yayılan başqa bir trend isə bir internet saytının hazırladığı, "Bill"in yerinə öz adını qoyaraq mesaj hazırlama imkanıdır:

http://en.blobla.com/bla/be-like-me-be-like-bill (http://en.blobla.com/bla/be-like-me-be-like-bill)

http://tr.nametests.com/test/gibi-ol-burayi-tikla-ve-kendi-hikayeini-kesfet/5572/ (http://tr.nametests.com/test/gibi-ol-burayi-tikla-ve-kendi-hikayeini-kesfet/5572/)

 

"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?

 

Bir çox istifadəçinin sandığının əksinə olaraq, bu mesajlar sosial şəbəkə profilinizə tətbiq olunaraq hazırlanmır, sərbəst şəkildə paylanır.

Croitorunun yaratdığı Bill obrazı, həmçinin siyasi məzmunlu mesajlar verilmək üçün də istifadə edilməyə başladı. Bu vəziyyətdən narahat olmayan Croitoru, obrazın çıxış məqsədinin sadəcə müsbət bir şey etmək olduğunu və insanları əyləndirmək istədiyini söyləyir.

 

"…kimi ol" axını niyə bu qədər məşhur oldu?

 

İnternet mühiti demək olar ki hər həftə yeni və məşhur bir məzmunun virus kimi yayıla bildiyi bir mühitdir. Xüsusilə paylaşılması asan, zarafatlı və dəbdə olan məzmunlar, qısa müddətdə milyonlarla istifadəçi tərəfindən paylaşılır. İnsanların internetdəki davranış modellərini araşdıran və nisbətən yeni bir sahə olan "kiberpsixologiya" (cyberpsychology), bu tip davranışlarımızın mümkün səbəblərini tapmağa çalışır.

Əslində [n]Beyinin davamlı izləyiciləri üçün bu viruslu paylaşım dalğalarının haradan qayaqlandığı çox da sirrli deyil. Bu tip qısa, zarafatlı və dəbli paylaşmalar, insan zehininin yüz min illik mərkəzlərini qısa yolla təmin edəcək virtual bir fürsət ortaya qoyur. Adətən cəmiyyətlə birlikdə hərəkət etmək özümüzü yaxşı hiss etməyimizə səbəb olur. 

Hər kəsin paylaşdığı şeyləri də təməl olaraq buna görə dərhal paylaşmaq istəyərik (amma bir az düşünsək bu fikir bizə xeyli axmaq gələ bilər).

Sosial şəbəkələrin və internetin ən cazibədar tərəfi, yüksək səviyyədə sosial qabiliyyətləri olan insan beyni üçün geniş bir ictimai paylaşım və ünsiyyət illuziyası yaratmasıdır.  Lakin təəssüf ki bu keçici paylaşım dalğaları və ünsiyyət hissi, yalnız bir illuziyadan (yanılsamadan) ibarətdir. Bundan başqa xüsusilə ön beyinləri hələ inkişaf mərhələsində olan gənclərin bu itkiyə etiraz etmələri çətin məsələdir.

Hər hansı bir analizə dayanmasa da ümumi şəkildə keçərli olan bəzi "müsbət" ifadələri yan-yana düzərək qarşıdakı insanda guya "şəxsiyyət analizi" edildiyinə dair qəbul meydana gətirməyiniz, əslində sandığınızdan daha asandır. Çünki beyniniz, müsbət və ya mənfi bir çox ifadəni zehininizdəki "mən qəbulu" formalarında olan ön qəbullarla asanca uyğunlaşdıra və onlarla rahatlıqla eynilik qura biləcək bir quruluşdadır. Qəzetlərdəki ulduz fallarından tutmuş bir çox saytdakı əyləncə məqsədi ilə qarşınıza çıxan şəxsiyyət, eşq, şans və s. testləri bizə tətbiq etmək üçün əslində belə təməl zəifliklərimizdən faydalanırlar. Üstündə çox düşünməsəniz bu testlərin nəticəsi olaraq qarşınıza çıxan ifadələrin sizə necə də uyğun gəldiyinə çox vaxt təəccüblənə bilərsiniz.

Bunların hamısı, beyninizdəki mükafat mərkəzlərini fəaliyyətə keçirir və siz də bu gözəl hissi ən qısa zamanda, tanıdığınız hər kəslə paylaşmaq istəyirsiniz. Hamımız beləyik, çünki yüz minlərlə ildir ən yaxşı bildiyimiz şey, birlik halında hərəkət etməyimizi asanlaşdıracaq sosial bacarıqlardır.

Gördüyünüz kimi bizi bu dünyada ən güclü növlərdən biri edən sosial bacarıqlarımız, internetdə həm əyləncə, həm reklam məqsədiylə asanca istifadə edilə bilən zəifliklərə çevrilə bilir. Bunların əyləncə olaraq qaldığı müddətdə çox da zərəri yoxdur, lakin kiber mühitin hər zaman bu qədər məəsum olmadığını da unutmamaq lazım.

Etiketlər: be like bill (http://nbeyin.com.tr/etiket/be-like-bill/), kimi ol (http://nbeyin.com.tr/etiket/gibi-ol/)

 

Tərcümə: Coşqu İsmayılzadə

29 yanvar 2016
GO BACK