Qadin.NET / Uşağınızdan sizə məktub!

Uşağınızdan sizə məktub!

Hörmətli valideyinlər, aşağıdakı yazı türk psixoloqu Nurzat ÖZNUR tərəfindən yazılmışdır. Xahiş edirik, bu məktubu sizə öz uşağınızın yazdığını düşünərək oxuyun və uşaqlarınıza ona görə davranın.

Uşağınızdan sizə məktub!

Ailəmə məktub!

Sevgili Anam, Atam:

Bütün duyğu və düşüncələrimi dilə gətirə bilsəydim, sizə bunları söyləmək istərdim.

Davamlı bir böyümə və dəyişmə içindəyəm. Sizin uşağınız olsam da, sizdən ayrı bir şəxsiyyət inkişaf etdirirəm. Məni tanımaya və anlamağa çalışın. Sınaq ilə öyrənərəm. Oyunda, yoldaşlıqda və işlərimdə mənə azadlıq verin. Məni hər yerdə, hər zaman qorumayın. Davranışlarımın nəticələrini özüm görsəm, daha yaxşı öyrənərəm. Buraxın, öz işimi özüm görüm.

Böyüdüyümü necə anlayaram?

Böyüməyi çox istəyirəmsə də, ara sıra yaşımdan kiçik davranmaqdan özümü ala bilmirəm. Buna əhəmiyyət verməyin, amma məni də dəcəl öyrətməyin. Həmişə uşaq qalmaq istəyirəm sonra. Hər istədiyimi əldə edə bilməyəcəyəmi bilirəm, ancaq siz verdikcə almadan edə bilmirəm. Mənə yerli yersiz söz də verməyin. Sözünüzü tutmayınca sizlərə güvənim azalır.

Mənə qəti və qərarlı davranmaqdan çəkinməyin. Səhv hərəkət etdiyimi görüncə mənə qadağalar qoyun. Qoyduğunuz qaydaların və qadağaların hamısını bəyəndiyimi söyləyə bilmərəm, ancaq heç əngəllməyincə da nə edəcəyimi bilmirəm. Əsassız davrandığınızı görüncə həm tərəddüd edirəm, həm də bundan faydalanmadan keçə bilmirəm.

Nəsihətlərinizdən çox  davranışlarınızdan təsirləndiyimi unutmayın. Məni böyüdərkən ara-sıra səhvlər edə bilərsiniz. Bunları tez unudaram. Ancaq bir-birinizə hörmət və sevginizin azaldığını görmək məni yaralayar və davamlı narahat edər.

Çox danışıb, çox qışqırmayın. Yüksək səslə deyilənləri heç eşitmirəm. Yumşaq və qəti sözlər məndə daha yaxşı iz buraxar. "Mən sənin yaşındaykən" deyə başlayan sözləri həmişə qulaq ardı edirəm.

Kiçik səvlərimi böyük səvh kimi qəbul edib minnət qoymayın. Mənə yanılma payı buraxın. Məni qorxududaraq  günahkarlıq duyğusu aşılayarqk ağıllandırmaya çalışmayın. Dəcəlliklərim üçün məni pis uşaq  kimi qələmə verməyin. Yanlış davranışlarımın üzərində dayanıb onları düzəldin. Cəza vermədən əvvəl məni dinləyin. Günahım  keçmədiyi müddətcə cəzama dözməyə hazıram.

Məni dinləyin, öyrənməyə ən yaxın olduğum zamanlar sual soruşduğum anlardır. Cavablarınız qısa və dəqiq  olsun. Məni bacara bilməyəcəyim işlərə  məcbur etməyin, amma bacara biləcəyim  işləri də etməyimi gözləyin.

Uşağınızdan sizə məktub!

Məndən yaşımın üstündə yetkinlik gözləməyin. Bütün qaydaları birdən öyrətməyə cəhd etməyin, mənə vaxt verin. Yüzdə yüz dürüst davranmadığımı görüncə hürkməyin. Məni küncə sıxışdırmayın, sonra yalana sığınmaq məcburiyyətində qalaram.

Sizi çox incitsəm belə, soyuqqanlılığınızı itirməyin. Əsəbi olmanızı haqlı görə bilərəm, amma məni alçatmayın. Hələ başqalarının yanında tənqid etməyin. Unutmayın ki, mən də sizi başqalarının yanında pis vəziyyətə sala bilərəm.

Mən haqsızlıq etdiyinizi anlayınca açıqlamaqdan çəkinməyin. Üzr istəməniz sizə olan sevgimi azaltmaz, əksinə məni sizə daha çox yaxınlaşdırır. Əslində mən sizləri olduğunuzdan daha yaxşı görürəm. Mənə özünüzü yanılmaz və əlçatmaz göstərməyə çalışmayın. Yanıldığınızı görüncə kədərim böyük olur.

Yuxarıda sıraladığım istəklər sizə çox gəldisə, bir çoxundan vaz keçə bilərəm. Yetər ki, məni mən olaraq sevəcəyinizə olan inamım sarsılmasın. Məndən "Nümunə Uşaq" olmamı istəməsəniz, məndə qüsursuz Ana-Ata olmanızı gözləmərəm. Mehriban və anlayışlı olmanız mənə yetər.

Sizin uşağınız olaraq dünyaya gəlmək mənim əlimdə deyildi, amma seçim haqqım olsaydı sizdən başqa kimsənin uşağı olmaq istəməzdim . Sevgilərimlə, övladınız...

27 yanvar 2016
GO BACK