Qadin.NET / Ağıl nədir?

Ağıl nədir?

 

 

Böyük alim  Cəfəri Sadiq, Numan adlı tələbəsindən soruşur: 


-Ağıl nədir? 


Numan cavabında belə deyir: 


-Ağıl yaxşı ilə pisi bir-birindən ayırd  edən şeydir. 


-Cəfəri Sadiq  tələbəsinin  cavabından razı qamır bildirir: 


-Belə cavabı at da verərdi.Çünki at yanına yaxınlaşanın ona ot gətirdiyini,yoxsa şallaq vuracağını başa düşür. 


Numan: 


-O zaman  ağlın nə olduğunu siz söyləyin? 


Cəfəri Sadiq belə deyir: 


-Ağıl iki vacib yaxşı şeylə eyni  anda qarşılaşdıqda onlardan hansının  daha yaxşı olduğunu  ayırd etməkdir.Müəllimindən bu  ibrətamiz  dərsi alan Numan adlı tələbə  İmran Əzəm Əbu  Hənifə idi.

19 may 2011
GO BACK