1. Allahla başlar,
Ana ilə bitər.
Sonsuz sevgisi
Cahana yetər.
Kimdən bəhs olunur?
2. Həyatınız boyunca verdikdən sonra mütləq alacağınız, aldıqdan sonra da mütləq verəcəyiniz şey nədir?
3. Satın aldığımızda qara, işlətdiyimizdə qırmızı, istifadəsindən sonra atdığımızda boz rəngdə olan nədir ?
4. Gizli bir sənəd mətbuata sızır. Günahkar bilinən üç katibə bunları deyirlər:
Sevda: "Sənədi Simuzər sızdırdı."
Simuzər: "Sevda düz söyləyir."
Təranə: "Mən sızdırmadım."
Bu üç katibədən ən az biri yalan, ən az biri də doğru söylədiyinə görə sənədi kim sızdırdı ?
5. Dünyadakı bütün insanların uyğunlaşması məcburiyyətində qaldığı qanun hansıdır ?
6. Bir şah öldürülür. Varisi oğlu taxta keçən kimi ilk vəzifə atasının qatillərini axtarmaq olur. Vəzirlə məsləhətləşəndən sonra 10 şübhəli şəxs müəyyənləşir. Oğul bu 10 nəfərdən əsl qatili tapmaq üçün kimyagərdən kömək alır. Kimyagər bir zəhər düzəldir. Bu zəhərdən şübhəli bilinən hər bir kəs 1 stəkan içir, ancaq aralarında əsl qatil ölür.
Bu necə olur?