Allahdan qürurumun alınmasını istədim. Allah mənə yox dedi:
O dedi: Qüruru almırlar. Ondan imtina etmirlər.
Yatağa bağlanmış qızımı sağaltmağını istədim, Allah mənə yox dedi:
O dedi ki, onun ruhu əbədidir, bədəni isə onsuz da öləcək.
Mənə səbr bəxş etməyini dilədim. Allah mənə yox dedi:
O dedi ki, səbr sınaq nəticəsində qazanılır. Ona layiq olmaq lazımdır.
Xoşbəxtlik bəxş etməyini istədim. Allah mənə yox dedi:
Mənə xeyir – dua verdiyini dedi: Xoşbəxt olmağım isə mənim özümdən asılıdır.
Ağrıdan məni qorumasını istədim. Allah mənə yox dedi:
O dedi ki, əzab insanı dünya qayğılarından uzaqlaşdırır və ona yaxınlaşdırır.
Mənəvi artım istədim. Allah mənə yox dedi:
O dedi ki, ruh özü inkişaf etməlidir. O, yalnız mənə bar verim deyə təkan verəcək.
Allahdan xahiş etdim ki, mənə sevməyi öyrətsin. Necə başqaları məni sevir, mən də onları sevim.
Allah dedi: Nəhayət başa düşdün, nə istəmək lazımdır.
Mənə qüvvət verməsini dilədim. Allah mənə möhkəm olum deyə sınaq göndərdi.
Mən müdriklik istədim. Allah mənə problemlər göndərdi. Onlar üzərində necə baş açmaq lazım olduğunu öyrənim.
Mən cəsarət istədim. Allah da mənə təhlükə göndərdi.
Mən sevgi istədim. Allah da mənim köməyimə ehtiyacı olanı göndərdi.
Mən nemət istədim və Allah mənə imkan verdi.
Mən istədiyimin heç bir şeyi əldə etmədim.
Lazım olanı əldə etdim.
Allah mənim dualarımı diqqətlə dinlədi.
P.S - Məsəl o kəslər üçündür ki, onların qəlbində şübhə yaşayır, nəsə istəyir, amma seçim edə bilmir. Məncə hər kəs bu yazılandan özü üçün nəsə götürəcək. Mən bu mətni, ağır seçim dövrümdə tamamilə təsadüfən rastladım. Mənə çox kömək etdi. Ümid edirəm sizlər üçün faydalı olacaq bu məsəli oxumaq.
Müəllif: Anonim