Qadin.NET / İtə ataram, yada satmaram !

İtə ataram, yada satmaram !

İtə ataram, yada satmaram !

Mən müəlliməyəm, Elnarə Fətullazadə..

Keçən dərs Azərbaycan dilindən uşaqlara Mir Cəlalın "Bir gəncin manifesti" povesindən "İtə ataram Yada satmaram!" dərsini keçdim. ..Və məni çoxdan narahat edən bir mövzunu düşdürməyə başladı... Sona xala cətin vəziyyətdə olur, bildiyiniz kimi. Xalçasını satır. Bir ingilis yaxşı qiymətə almaq istəyəndə Sona xala ehtiyacı olsa da, yada, başqa millətə satmır. Hər halda oxuyanlar bilir.

Məni narahat edən mövzu indiki zamanda çoxluq təşkil edir. Qızlarımızı yadlara verirlər. Əsasını da boşanmış xanımlar təşkil edir. Tanıdığım o qədər dəyərli işli-güclü əsl xanım kimi xanımlar var. Ailədə qisməti gətirməyib ayrılıb. Türkə ərdədir ya da başqa millətdə. Əsasını türklər təşkil edir.  Amma ürəklərində öz millətindən olan insan var.. Bizim qeyrətli kişilər çox zaman o ayrılmış xanımla ailə qurmağı qeyrətlərinə sığışdırmırlar! Axı o qeyrət simvoludur! O necə ayrılmış xanımla ailə qura bilər? Bəs ailəsi, qohumları nə deyər? "Sevirəm, sevgilimsən, amma kimsə bilməsin! Bu bəsdir də ..." Bəzi zəif düşmüş qadınlar da təəssüf ki, buna razı olurlar.

Mən elə bir kənddə yaşayıram ki, burada rayonlu qızların qapısına gedən çox olmur. Olmaz, pis baxırlar. Bəzən oğlanlar da dözməyib Rusiyaya gedir və ordan "Nataşa"-larla ailə qururlar. 3 uşaqla və "Nataşa"-ları ilə qayıdırlar. Amma oların dili ilə desək  əsas "çuşka" rayonlu olmasın. Əlbəttə bu başqa mövzudur. İndi qızlarımızdan gedir söhbət. Bu axın hara gedir? Bütün ayrılmış qızların çox hissəsi Türklərdədir. Çox gözəl ailələri də var. Heç bir qadın istəməz kiminsə ikincisi, loru desək "saxladığı" olsun. Bütün qadınların yuvaya ehtiyacı var. Bildiyimə görə ermənilər qızlarını başqa dövlətlərə verirlər. Onları daha qınamayın. Qızlar türklərdə, oğlanlarımız ruslarda... Bizi "gözəl" gələcək gözləyir.

Xətayi babamızın vaxtındakı xəritəyə baxın bir də indiki xəritəmizə baxın! Artıq butun bunlar onu xatırladır. Asta-asta yox olacağıq xəritəmiz kimi. Beyninizi təmizləyin!  Axı ürəyiniz bunu demir. Xoşbəxtçiliyinizi məhv etməyin! Ayrılmış xanım həyat yoldaşı, sevgilisidir! Məşuqə deyil ki, nə zaman istədim buraxım! Ayrılmış xanım əxlaqsız deyil sizə ki, adına ləkə gətirəsən. Axı kim sənə sıgorta verir ki, sabah sənin qızın və ya bacın bu halı yaşamayacaq? Axı o da kıminsə qızı və ya bacısıdır! Belə də xanım da məcbur qalır Türkə, İranlıya getməyə. Yuva kim verdi onunla ailə qurur!  Yaşatdığınızı mütləq yasayacaqsınız!... O oğullara da afərin deyirem millətimizi qoruyur! Belə düşüncələrdən uzaqdır! Sizin də xoşbəxt olmağa haqqınız var. Başqalarına görə yaşamayın!  Sona xala qədər olmadınız. Azərbaycan xanımı odur. Qeyrət simvollarımız! O qızlar o xalça qədər dəyərlı olmadı...

22 mart 2016
GO BACK