Qadin.NET / Ünsiyyətdə müsbət kəlmələrin gücü - Yaradıcı düşüncə (2)

Ünsiyyətdə müsbət kəlmələrin gücü - Yaradıcı düşüncə (2)

 

Ünsiyyətdə müsbət kəlmələrin gücü - Yaradıcı düşüncə (2)

Yaradıcı və pozitiv düşüncə gücü:

 

“John Ruskin, məhşur bir ingilis sənət tənqidçisidir. Bir gün, Ruskinin zəngin bir dostu ilə axşam yeməyi görüşü vardı. Dostu kefsiz bir halda gəlir. Anlaşıldığına görə, yeməyə gələrkən dostunun sinə cibindəki doldurma qələm qırılmış və bir müddət əvvəl hədiyyə olaraq aldığı dəyərli bir dəsmalın üzərinə çıxmayan hind mürəkkəbi ilə ləkə salmışdır. Dostu dəsmalı çıxarıb Ruskinə göstərir. Parçanın ortasında çox  nəzərə çarpan qara yuvarlaq bir ləkə vardır. Adam o qədər məyus olmuşdu ki, yeməyini çox az yeyir və evə tələsik dönür, dəsmalı da masanın üstündə unudur. Ruskin, gedərkən dəsmalı özü ilə götürür. Bir neçə həftə sonra zəngin dostunun evinə bir bağlama təslim edilir. Açdığında, onu çox təəccübləndirən və sevindirən bir şəkildə mürəkkəb ləkəli dəsmalın möhtəşəm bir sənət əsərinə döndüyünü görür. Ruskin, bir az hind mürəkkəbi almış və yuvarlaq ləkəni mərkəz nöqtəsi olaraq istifadə edib, bütün dəsmalı əhatə edən bir mənzərə çəkmişdir.

Pozitiv düşüncə və yaradıcı davranma gücü, uğursuzluqları bir müvəffəqiyyətə çevirə bilər. Eynən Ruskinin misalındakı kimi. Elə bax bu səbəbdən düşüncə gücünü doğru istifadə etmək, təsirli şəkildə formalaşdırmaq çox vacibdir.

Kəlmələrin gücü, düşüncələri müəyyən edər. Düşüncələrimizi dəyişdirdikdə isə, yaşam tərzimiz dəyişir, məna qazanır. Lakin bədbinliyə köklənib qalmanın, sadəcə dəsmalın ortasındakı qara ləkəni görmənin bizi məyus etməkdən başqa heç bir mənası yoxdur.

Bədbin düşüncə vərdişlərimizdən xilas olmanın, müsbət düşünmə vərdişi qazanmanın ilk addımı isə: düşüncələrimizin fərqində olmaqdır. Fərqinə varmadığımız bir şeyi dəyişdirə bilmərik. Fərqindəlik yaratdıqdan sonra isə dəyişmə mümkün hala gəlir. Hər gün, hər an düşüncələrimizə nəzarət etmək mümkün olmasa da, bir neçə düşüncəmizi qeyd etmək, fərqindəliyi artırmaq baxımından faydalı olacaqdır.

Ünsiyyətdə müsbət kəlmələrin gücü - Yaradıcı düşüncə (2)

 

 

Pozitiv düşünərək bacarmaq mümkündürmü?

Söylədiklərinizə diqqət edin; düşüncələrə çevrilir. Düşüncələrinizə diqqət edin; duyğularınıza çevrilir. Duyğularınıza diqqət edin; davranışlarınıza çevrilir. Davranışlarınıza diqqət edin; vərdişlərinizə çevrilir. Vərdişlərinizə diqqət edin; dəyərlərinizə çevrilir. Dəyərlərinizə diqqət edin;  xarakterinizə çevrilir. Xarakterinizə diqqət edin; qədərinizə çevrilir.  ( Mahatma Qandi)

Düşüncələrimiz dəyişdirərək, mütləq uğura, xoşbəxtliyə çata bilmək çox vaxt mümkündür. Fəqət doğru üsulu izləmək, təlimatlara uymaq və gərçəkdən inanmaq şərtilə. Kəlmələrimizin düşüncələrə, düşüncələrimizin davranışa çevrildiyini  utumadan irəliləyərkən, “indi” –yə cəmlənmək lazımdır. İstəklərimizin gecikdirmənin kimsəyə xeyri yoxudur.

Şüuraltımızın zamandan və məkandan asılı olmadığını bilərək irəliləsək, gecikdirmədən yola çıxmaq bizi məqsədimizə çatdıracaq ən vacib addımdır.

Ünsiyyətdə müsbət kəlmələrin gücü - Yaradıcı düşüncə (2)

 

 

Müvəffəqiyyətli olmaq üçün ...

İstəyin! Unutmayın ki: “İstəmək müvəffəqiyyətin yarısıdır”

* Sizi hərəkətə keçirən bir xəyalınız olsun. Ən incə detalına qədər gözünüzdə canlandırın.

* Hədəfinizə gerçəkdən inanın.

* Adresi doğru müəyyən edin. Məsələn; “ Univeristeti qazanmaq istəyirəm” deyil, “ Boğaziçi univeristetində oxumaq istəyirəm” olaraq tam adresi müəyyən edin.

* Hədəfinizə çatmaq üçün işləməyin lazım olduğunu unutmayın. Sadəcə xəyal qurmağın yetərli olmayacağını unutmayın və səy göstərin.

* Bir maneəyə rast gəldiyinizdə alternativ yollar axtarın. Hədəfinizə gedən fərqli yollar yaradın

* Sizə xəyalınızı xatırladacaq bir şəkili daim gözünüzün qabağında saxlayın. Univeristetə getmək istəyirsinizsə oranın fotosunu, bir avtomobil almaq istəyirsinizsə onun şəkilini hər gün görə biləcəyiniz bir yerə asın. Sizə motivasiya və güc verəcəyini unutmayın.

 

Psixoloq: Filiz Okuş Tezel

Tərcümə: Aidə Mahmudova

21 oktyabr 2015
GO BACK