Qadin.NET / Modern yalnızlıq və Sosial media

Modern yalnızlıq və Sosial media

Modern yalnızlıq və Sosial media

Yalnız olmaqla yalnızlaşmaq arasında ki, fərq; Əslində aralarında təhlil edilməsi lazım olan iki anlayış, yalnızlıq və tək başına olmaqdır. Tək başına olmaq bir seçimdir. Şəxs digər şeylər ya da insanlarla birlikdə olmaq əvəzinə, tək başına nəsə etməyi ya da tək başına qalmağı öz istəyi olaraq etdiyi üçün tək başına qalmış olur. Ancaq bu tək başına olmağı istədiyi vaxt sonlandırıb insanlarla birlikdə olmağı seçə bilər. İşin əsli bunun bir seçim olmasıdır. Məsələn bir ev yoldaşı ilə yaşamaq varkən bunu seçməyib, tək başınıza bir evdə yaşamağa davam etdiyiniz halda tək başına olmağı seçim etmiş olursunuz. Bir başqa misal həyatınıza bir qarşı cinsi almamaq və ya evlənməmək sizin seçiminizsə, bu tək başına olmağı seçdiyiniz deməkdir.

Modern yalnızlıq və Sosial media

Yalnızlıqsa yalın olmaqdan, digər şeylərdən və insanlardan ayrı qalmaqla əlaqəlidir. Bu seçim olmaqdan başqa bir əskiklik, bacarmamaq ya da məhrum olma halıdır. Siz digər şeylər ya da insalarla birlikdə olmaq istədiyiniz halda, yanınızda olacaq bir kimsəni tapmırsanız yalnız qalmış olursunuz. Eyni evdə yaşamaq istədiyiniz bir ev yoldaşı axtararsanız amma istədiyiniz kimi birini tapa bilməzsinizsə bu yalnızlığa dönmüş olur. Yenə münasibətlərdən misal çəkmiş olursaq, özünüzə uyğun bir həyat yoldaşı axtarmış olusanız və istədiyiniz xüsusiyyətdə birini tapa bilmirsinizsə yalnız qalmış olursunuz. Qısası tək başına qalmaq bir seçimsə, yalnızlıq bir məcburiyyətdir. İndi ki, modern yalnızlaşma ilə, qərb dünyasındakı yalnızlaşmanı müqayisə etsək, Qərb dünyasındakı modernləşmə bir çox tərəfilə ölkəmizdə də əks etmələr olur, ancaq bu ortalama 10-15 illik bir fərqlə həyata keçir. Təməl fərq qərb toplumlarının daha fərdi toplumlar olmasına dayanır. Türk mədəniyyəti 30 il əvvələ qədər kollektiv ( böyük ailəilə yaşamaq) adətə sahibkən son 30 ildə fərdiləşmə yönündə bir dəyişməyə məruz qaldı. Ancaq dediyimiz kimi 10-15 il geridən getdiyimiz üçün bu an üçün nə fərdi nədə kollektiv toplumuq. Türk insanı ikisi arasında bir keçiş ailəsi və keçiş fərdi olaraq, nə tam olaraq yalnız, nə də tam olaraq ailə bağları əvvəlki kimi möhkəm vəziyyətdədir.

Modern yalnızlıq və Sosial media

İşin yalnız tərəfindən danışmış olarsaq, qərb toplumlarında yalnız yaşamağı seçən fərdlərin tətil mədəniyyəti, kitab oxumaq vərdişi, kino və ya teatra getmə, həftə sonları dostları ilə vaxt keçirmək vərdişləri vardır. Ölkəmizdə yalnız yaşıyanların əksəriyyəti evə televizor izləməkdədir. Az bir sayının isə az sayda xobbiləri vardır. Yəni tək başına olmaq keyfiyyətli bir şəkildə yaşandığında daha keyfli və seçim edilə bilən bir şeyə çevrilirkən, bizim adətimizdə sosiallaşmaq yerinə daha çox evdə vaxt keçirmək yalnızlığa yol açmaqdır. Kütləvi əlaqə vasitələri modern yalnızlaşmada ki, rolu olduqca vacibdir. Əslində bəlkə də günümüzdəki yalnızlaşmanın ən böyük səbəbi kütləvi əlaqə vasitələridir. Xüsusilə televizor, internet , ağıllı telefonlar, sosial paylaşım saytları insanları digər insanlardan uzaqlaşdırmaqda və yalnızlaşmanın təməlini atmaqdadır. Bu mənada televizor, komputer ya da telefon ekranında zehni əylənmək və keyləşən fərd saxta xoşbəxtliklə, gerçək bir münasibətə ehtiyac hiss etmədən həyatını davam etdirməkdədir. Bunu bu şəkildə də ifadə edə bilərik; atışdırmalıq yeyərək qarnınızı doydura bilərsiniz. Bəli doyduğunuzu hiss edərsiniz ancaq bədəniniz sağlam qidalanmadıqı üçün irəlidə hər cür xəstəliklərlə üzləşə bilərsiniz. Yalnızlığın psixoloji təsirləri; Sağlam bir insanın ən təməl xüsusiyyətlərindən biri də digər insanlarla qurduğu sosial və emosional münasibətlərdir. Əvvəldə də dediyimiz kimi tək başınıza qaldığınız vaxtlarla, digər insanlarla keçidriyiniz mükəmməl vaxtın tarazlığını saxladığınız müddətdə bir problem yoxdur. Mountein “ yalnızlıq insanın arxa bağçasıdır, bir gün hər kəs və hər şey gedə bilər və insan yalnız qala bilər. Buna görə insan gündə bir neçə saatını tək başına qalmağa öyrətməlidir” deyər. Psixoloji sağlamlığa ən çox təsir edən biri də sosial dəstək sistemidir. Əgər yaxın ətrafınızda əylənəcəyiniz, dərdlərinizi danışacağınız, ehtiyacınız olanda yanınızda olacaq biriləri varsa bu sizi psixoloji mənada daha güclü edər. Yalnızlaşan insanlarda depressiya, qayğı pozuntusu və sosial bacarıq əskikliyi kimi problemlərin görülməsi daha çoxdur.

Müəllif: Psx. Mehmet Kılıç

Tərcümə: Aidə Mahmudova

10 yanvar 2016
GO BACK