Qadin.NET / Həyat dərsi-Ön mühakimə

Həyat dərsi-Ön mühakimə

Həyat dərsi-Ön mühakimə

Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o,hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdənheyrətlə qışqırdı:

-Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!

Yaşlı kişi cavabında gülümsədi. Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi. Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı:

-Ata, gölə bax, heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir! 

Həyat dərsi-Ön mühakimə

Cütlük oğlanın qəribə hərəkətlərini utanaraq müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü. Yağış yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı:

-Ata, yağış yağır! Görürsənmi, ata?

Cütlük oğlana baxaraq lağ edir və öz aralarındabu oğlanın yaşına yanaşmayan şəkildə hərəkət etdiyini deyirdilər bir-birinə.Bir müddət keçdikdən sonra oğlana baxa-baxa gülməkdən özlərini saxlaya bilmirdilər. Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu:

-Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız? 

Həyat dərsi-Ön mühakimə

Kişi cavab verdi:

-Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun ömründə ilk dəfə gözləri görməyə başlayıb. Bunu eşidən cütlükyolun davamında başlarını aşağı salıb sakitcə oturdular. Təbii ki əslində utanılacaq hərəkəti özlərinin etdiklərini anlayaraq…

Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatı olmadan onları qınamaq olmaz.. Hər şeyi bilən Allahdır. (Rumi)

18 yanvar 2016
GO BACK