Qadin.NET / Yalnızsan

Yalnızsan

 

Yalnızsan

 

Əgər sən, sənə illər öncə gəlmiş SMSləri oxuyursansa, deməli yalnızsan…

Əgər sən, hər 2-3 dəqiqədən bir telefonun işığını boş-boşuna yandırıb, ekrana baxırsansa, yalnızsan…

Əgər sən, ürək döyüntülərinin səslərini sayırsansa, deməli yalnızsan…

Əgər, internet sənin həyatının ən mühüm hissəsinə çevrilibsə, deməli sən yalnızsan…

Əgər sən, daima keçmişdən bir zəng gözləyirsənsə, deməli yalnızsan…

Əgər, asqırdığında özün özünə “Sağlam Ol” deyirsənsə, deməli yalnızsan…

Əgər sən, bir tək əl-ələ gəzən cütlükləri görməmək üçün dənizkənarı parka getmirsənsə, deməli yalnızsan…

Əgər, telefonunun mesaj səsini ancaq operatorundan gələn mesajlar xatırladırsa, deməli yalnızsan…

Əgər sənin üçün dünya, kosmik raketin illuminatorundan görünən qədərdirsə, deməli yalnızsan…

 

Yalnızsan

 

Əgər sən, sənə hər yaxınlıq göstərən qıza vurulursansa, yalnızsan…

Əgər sən, virtualda belə aşıq olursansa, deməli yalnızsan…

Əgər sən, yaranan hər imkanda, istənilən şəxsi sevməyə hazırsansa, yalnızsan….

Əgər sən yağışlarda sadəcə üşüyərək və islanaraq qaçırsansa, yalnızsan…

Əgər sənin oağının hər gecə qonağı çaxır şüşələri və tüstüdürsə, yalnızsan…

Əgər sən, ancaq qulaqcıqlardaki mahnılarla yaşayırsansa, deməli yalnızsan dost…

Əgər sən sosial şəbəkələrdə bütün gün başqalarının şəkillərini like edirsənsə, deməli yalnızsan dost…

Əgər gecələr balışa biraz qadın ətri vurub, onu qucaqlıyıb yatırsansa, deməli sən yalnızsan dost…

 

Yalnızsan

 

Əgər sənin doğum gününü bir tək facebook və passportun xatırlayırsa, deməli yalnızsan…

Əgər playlist-ində ancaq və ancaq qəmli mahnılar varsa və sən o mahnılarda özünü tapırsansa, deməli yalnızsan…

Əgər sən, başqaları sevgililər günü qeyd edəndə, sakit bir yerə çəkilib çaxır şüşəsi ilə və siqaretlə sevişirsənsə, deməli yalnızsan dost…

Yalnızlıq ağrıdır dost,.. Onu daşımağı bacarmaq lazımdır. Hər birinizə bu yazılanları oxuyub, “yox belə” deyil deyə etiraz etməyi arzu edirəm! Belə olarsa, deməli sən yalnız deyilsən, dost…

Fərid Hacıyev
21 avqust 2015
GO BACK