Deyirlər: ”Həqiqət təfərrüatlarda gizlənir”. Əslində təfərrüat ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlardır. Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə məsələnin dərinliyinə gedib, xırdaçılıq etməyi sevmirlər. Inam və sədaqətin yetərli olması onlar üçün əsasdır. Elə insanlar da var ki, hər xırda məsələyə önəm verirlər. Xoşlarına gələn cavabı almayana qədər yola verildiklərini düşünürlər. Bu, eynən Qərb mədəniyyətində ən incə detalları nəzərə almaqla bağlanan yazılı müqavilələrə bənzəyir. Bu tip xırdaçı insanlar ən uzaq, ağılagəlməz ehtimalları soruşur, araşdırır və hətta sözün məcazi mənasında yatanı yuxudan ayıldırlar)
Əzizlərim, gəlin bu məsələyə nümunələrlə nəzər salaq.
Məsələn, üç obraz: Günel və Nadir-Həyat yoldaşıdırlar.
Gülşən- Nadirin dostunun yoldaşıdır.
Nadir bəy bu gün dostunun ad gününə gedib. Ziyafətdən qayıdarkən,xanımı suallara başlayır:
-Xoş gəldin.
-Qonaqlığın necə keçdi?
-Gülşən xanım nə hazırlamışdı?
-Hansı dolma? yarpaq ya kələm?
-Dadlı idi heç olmasa?
-Təkcə onu hazırlamışdı?
-Çay süfrəsinə nə vermişdi?
-Meyvə də verdi?
-Ayrı-ayrı ya doğranmış şəkildə?
-Qonaq otağındakı mebelin yerini dəyişdirəcəkdi, dəyişibmi?
-Məndən bir söz demədi ki?
-Yaxşı bəs niyə gec gəldin?
-Keçən dəfə qonalığın tez bitmişdi amma!
Və beləcə……ardı-arası kəsilməyən suallar. Nə Günel xanım yoruldu bezdi, nə də Nadir bəy getdiyi qonaqlıqdan həzz ala bildi… Nə bilmək olar bəlkə də “kaş bu qonaqlığa heç getməsəydim” dedi ürəyində..
Bu nümunə sadəcə hələ qonaqlıqla əlaqəli olan xırdaçılıq idi. İndi siz təsəvvür edin qarşılıqlı münasibətlə əlaqəli olan xırdaçılıqları.
Gəlin, məsələyə digər tərəfdən yanaşaq:
Günel:
-Xoş gəlmisən canım.
-Necə keçdi qonaqlığın?
-Yaxşı keçməsinə çox sevindim..Bilirsən, evdə olmadığın müddətcə elə darıxmışdım ki, səninçün.
Və s. romantik, şirin sözlər…..