Qadin.NET / Çalışan analar

Çalışan analar

 

Çalışan analar

 

Həyatın qanunudur - Uşağa Ana baxmalıdır. Səhərdən axşama kimi yanında olmalı, bütün ehtiyaclarını ödəməli, əziyyətini çəkməli, yedirtməli, yatırtmalıdır. Körpəsinin ilk addımını Ana görməli, ilk sözünü Ana eşitməlidir. Amma müəyyən səbəblərdən dövrümüzdə analar uşaq doğulduqdan az sonra işə çıxmalı olurlar. Körpə uşağını dayə, nənə yanında və ya bağçada qoymalı olurlar. Mən özüm də qızımın 4 aylığından analıq məzuniyyətim bitən kimi işə çıxmağa məcbur oldum. Çıxmasam işimi itirə bilərdim. İşi itirmək isə ailəmizin maddi vəziyyətinə uyğun deyildi. Qızım əvvəlcə qaynanamın, indi isə anamın yanında qalır.

 

Çalışan analar

 

Ətrafımda nə qədər işləyən ana varsa hamısı mənim kimi çətin psixoloji gərginlik içindədir. Bütün günü özüm işdə olsam da fikrim uşağın yanındadır, tez-tez zəng edirəm. Necə yedi, nə vaxt yatdı. Bəzən özümü bağışlaya bilmirəm. Neçə dəfələrlə işdən çıxmaq qərarı qəbul etsəm də son anda fikrimdən daşınmışam. İşləməyimin də uşağımın gələcəyi naminə olduğunu düşünüb özümü sakitləşdirsəm də yenə də narahatam. Nəyin doğru olduğunu bilmirəm.

Əziz qadınlar, aranızda mənim vəziyyətimdə olan varmı? Siz nə məsləhət görürsünüz?

26 aprel 2011
GO BACK