Qadin.NET / Evliliyi sona götürən məhşərin 4 əlaməti

Evliliyi sona götürən məhşərin 4 əlaməti

Gottman və dostları cütlüklər üzərində 30 ildən çox apardığı araşdırmalar nəticəsində bunu təyin ediblər ki, bir münasibətdə məhşərin 4 əlaməti varsa, o əlaqə ya bitəcək, ya da bədbəxt, dava-şavalı bir şəkildə davam edəcək. Gottman münasibətləri sona, axirətə apardığı üçün o məhvuma məhz “Məhşər” adını verib.

Tənqid

Burada tənqid deyərkən bir insanın qarşısındakının çatışmazlıqlarını şəxsiyyət əksikliyi formasında ifadə etməsi nəzərdə tutulur. Bu əslində neqativliyi qarşındakına yükləmək, günahı öz boynundan atmaq deməkdir.

“Sən məni anlamırsan!”

“Sən çox eqoistsən!”

Zəhər əleyhinə: Insanın öz hissləri haqqında “mən” ifadəsini işlədərək danışmağı və daha sonra müsbət ehtiyyacını ortaya qoymasıdır. Qısa olaraq zəhər əleyhinə misal:

Hansı mövzuda

Nəyə ehtiyyacımın olduğunu hiss edirəm.

Məsələn:

Tənqid: Hər zaman özün haqqında danışırsan, məni heç dinləmirsən!

Zəhər əleyhinə: bu söhbətimizdə özümü tərkedilmiş hiss edirəm, günüm necə keçib bir soruş xahiş edirəm.

Özünü müdafiə

 

Evliliyi sona götürən məhşərin 4 əlaməti

 

Haqlı küskünlük, və ya zərərçəkmiş şəklində özünü qorumaqdır. Özünümüdafiə münasibətlərdə sözün əsl mənasında daşın qayaya rast gəlməsidir. Dəqiqələrcə “dedin-demədim, etdin-etmədim” şəklində davam edir. Əslində içində günahlandırmaq var. Dar dalana girmiş kimi.

“Bu sənin səhvindir- mənim deyil!”

“Bunun səbəbkarı sənsən- mən deyiləm!”

Zəhər əleyhinə: problemin bir parçası olsa da, onu qəbul etmək:

Məsələn: Hər zaman gecikməyimiz sənin günahındır, mənim yox!

               Yaxşı, madam elə, problemin bu tərəfini üzərində daha çox fikirləşib həll edəcəm.

Alçatmaq

Özünü qarşındakından üstün görüdüyünü eyham vuran ifadələr. Alçatmaq boşanmanın ən böyük səbəbkarlarından biridir.

Məsələn:  

“Çox bacarıqsızsan!”

“Əsl səfehsən!”

Zəhər əleyhinə: çütlüklər üçün tədqir etmək, hörmət saxlamaq məqsədilə “zəhər əleyhinə” sözlərdən istifadə:

“Əsl səfehsən!”

“Bu problemlə mübarizə aparmaq iradəni tədqir edirəm.”

Divar hörmək 

Evliliyi sona götürən məhşərin 4 əlaməti

 

Təsirlənməkdən hissiyyat olaraq geri çəkilmək. Yəni, fiziki, mənəvi işarələrə cavab verməmək, küsmək.

Zəhər əleyhinə: qarşısındakı üçün gedəcəyi güzəşt özünü sakitləşdirməkdən başlayır.

Məhşərin 4 əlamətini “zəhər əleyhinə” dayandırın

Tənqid- günahlandırmadan fikrinizi ifadə edin.

Özünümüdafiə- məsuliyyət hiss edin.

Alçatmaq- təqdir edin.

Divar hörmək- özünüzü sakitləşdirin.

“Məni başa düşmürsən!” sözünü artıq istifadə etməyin! Çünki:

Məni başa düşmürsən-desəniz bilin ki, heç vaxt anlaşılmayacaqsınız.

Məni sevmirsən- desəniz bilin ki, sevilməyəcəksiniz.

Çox əsəbisən- desəniz bilin ki, əsəbləşəcəksiz.

Çox eqoistsən- desəniz bilin ki, bir gün sizə də deyiləcək o söz.

 

Evliliyi sona götürən məhşərin 4 əlaməti

 

Çünki nə ilə tənqid etsəniz, günahlandırsaniz, eyni şeylər gəlib sizi tapar. Istəmədiyiniz yox, istədiyinizi ifadə edin. Bunun yerinə, bunu söyləyin:

Məni başa düşmürsən-məni başa düşməyə çalışırsan- məni başa düşməyə çalışmağın xoşuma gəlir.

Çox eqoistsən- paylaşan insan olduğunu fikirləşirəm

Çox simicsən- mənim yoldaşım çox səxavətlidir.

Çox hirslisən- hirsini idarə etməyin xoşuma gəlir- özünü sakitləşdirə bilməyin nə gözəldir.

Məni sevmirsən?- məni sevdiyini düşünürəm- məni sevdiyini bilirəm.

Çox pintisən- səliqəli olmağın çox yaxşıdır,- kitabları düzməyin yaxşıdır.

Evə gec gəlməyindən xoşum gəlmir- evə yemək vaxtı gəlməyinə çox sevinirəm.

Mənə əhəmiyyət vermirsən- mənim dərdimi dinləsən çox xoşbəxt olaram.

Çox diqqətsizsən- mənə toxunmaqla diqqətini göstərməyin çox xoşuma gəlir.

Çox diqqətsizsən- mənə dəyər verməyin çox xoşbəxt edir məni.

Çox bədbəxtdəm- daha xoşbəxt olmağım üçün dəstəyinə ehtiyyacım var.

Çox köksən- yeməyinə diqqət etməyin yaxşıdır- sağlam qidalanırsan.

Başqalarının yanında məni tənqid etmə- mənə olan fikirlərini təklikdə deməyin məni sevindirir.

 

Evliliyi sona götürən məhşərin 4 əlaməti

Siz belə problemlərlə qarşılaşsanız nə edərsiniz? 

2 fevral 2016
GO BACK