Qadin.NET / Hisslərinizi tanıyırsınızmı?

Hisslərinizi tanıyırsınızmı?

 

Hisslərinizi tanıyırsınızmı?

 

İndi hansı hissi yaşayırsız? Hissiyyat baxımından necə insansınız? Hisslərinizi gizlətməyimi yoxsa yaşamağımı seçirsiniz?

Insan hissləri və düşüncələri ilə insandır. O hiss edir və sezir. Hiss etmək və qavramaq ifadələri bir-birinə çox yaxın, lakin bir-birindən fərqlənən iki ayrı qavrayışdır.

Hiss, hissiyatlı olamaq, təsirlənmək, hissi yaşamaq bütün bunlar insana məxsus olan şeylərdir. Hiss etmək isə təsirlənməkdən bir az fərqlidir. Təsirlənmək həyatdan aldığımız dad və ləzzətdir, gözəl və çirkini fərq etməkdir. Layiq olmadığımızı fikirləşəndə verdiyimiz reaksiyadır. Heç kim yoxkən hiss etdiyimiz yanızlıqdır təsirlənmək.

Yaşadığımız hər an bəzi şeyləri hiss edirik. Fərqinə varsaq da, varmasaq da hər zaman hiss edirik. Insan olaraq vücudumuza daxildən və xaricdən gələn hər cür qorxuya qarşı bir reaksiya var. Bir tərəfdən olub bitənlərə şahid olarkən digər tərəfdən də ona münasibət bildirir. Bütün bu prosses tez və aftomatik olaraq inkişaf edir və fərqində olmadığımız zamanlara həmişə hisslərimiz yoldaşlıq edir.

Hisslərimizi nəzərə almadan, məntiqimizlə hərəkər etdiyimiz zamanları xatırlayın. Bu mümkünsüzü sadəcə yox saya bilərik, görməzdən gələ bilərik, fəqət bir həqiqətin, hər zaman içimizdə gəzdirdiyimiz o həqiqətin mövcudluğunu unuda bilmərik.

 

Hisslərinizi tanıyırsınızmı?

 

Hissiyatımızın mövcudluğu və hər an bizi təqib etməyi bir acizlik və zəiflik kimi qəbul olunur. Ancaq bəzən yox saydığımız hisslər bəzən daha şiddətli şəkildə, bəzən isə xəfifcə ortaya çıxır. Hisslərimizin şiddəti və hansı hissin ortaya cıxacağı vəziyyətə görə, adamına görə dəyişə bilir. Amma bu hiss hökmən görülməlidir deyə bir məcburiyyət də yoxdur. Eyni anda birdən çox hissi həll edirik. Bir-birinə qarışan, birdən çox hissiyatın eyni anda yaşandığının da şahidi oluruq. Məsələn: sevinc göz yaşları.

Hissiyatımız ömrümüz boyu bizi mühavizə edən bir şey kimi də qəbul olunur. Qoxu hissi bunu ən bariz sübütudur. Qorxu hissi olmadan qaçaarq üstümüzə gələn bir itə qarşı müqavimət göstərməyə ehtiyyac hiss etmərik. Ya da beşinci mərtəbədən düşmək istəyəndə pilləkəni enmək əvəzinə eyvandan aşağı tullana bilərdirk...

Digər önəmli bir mövzu da insanın eyni hissləri hansı vəziyyətlərdə yaşaması və yaşadığı hissin onu necə istiqamətləndirməsidir. Bəzi insanlar özləri ilə bağlı ən xırda tənq eşidəndə özünə hörməti tamamilə itirib, özlərini lazımsız, işə yaramaz insan kimi görürlər. Nəticədə də önu tənqid edən insanlardan inciyiirlər.

Özünü tanımaq istəyən bir adam üçün yaşadığı hissiyatlar çox əhəmiyyətli yol göstərəndir. Özünü kəşv etmək istəyən adam:

Yaşadığı hissi və mənasını,

Bu hissi yaşamağa adət etdirən xasiyyətlərinin nələr olduğunu anlamağa çalışmalıdır. 

Hisslərinizi tanıyırsınızmı?

 

Psixoteropeftlər insan və onun hərəkətləri üzərində çoxalmağa başlayır. Insanın hissləri, və onun yaşadığı psixoloji problemlər mütəmadi olaraq narahatçılıq yaradır. Psixoloqlar hissiyatı nəzərə almadan da öz ilərini apara bilməzlər.

Bir insan hisslərini tanıyırsa:

Yaşadığı hissin fərqinə varır.

Yaşadığı hissə təkan verən hadisənin fərqinə varır.

Yaşadığı hisslərin ortaya çıxmasında təsirli olan düşüncə qəliblərinin fərqinə varır.

Yaşadığı hisslərin düşüncələrinə təsirinin fərqinə varır.

Yaşadığı hissin necə, nə qədər ifadə edəcəyini əvvəldən görür.

Yaşadığı hssin rəftarını necə təsirləyəcəyini əvvəldən görür.

Yaşadığı hissin başqaları üzərindəki təsirini bilir.

 

Bəs siz, əziz xanımlar, daha çox hisslərinizlə hərəkət edirsiz, yoxsa məntiqinizlə?  

22 may 2015
GO BACK