Qadin.NET / Vağzalı çalınır Anam ağlayır

Vağzalı çalınır Anam ağlayır

 

Vağzalı çalınır Anam ağlayır

 

 

İnsanın, xüsusən də qadınların ən unudulmaz, ən həyəcanlı günüdür toy günü. Ağ gəlinlik libasında ata evini, həm də subaylıq həyatını tərk etdiyi gün. Qarşıda bambaşqa bir həyat var. Qadınlıq var, xanımlıq var, gəlinlik var və həyatın ən çətin, ən məsuliyyətli dövrü olan-Analıq var. Arxada isə şıltaq uşaqlıq, sehrli gənclik, isti, qayğıkeş Ana qucağı. Toy günü hamı sevinir, şənlənir. Amma nədənsə mənim gözlərim balasını ər evinə yola salan ananı axtarır. Lap uşaq vaxtımdan hansı toyda olurdumsa gəlinin anasının həyəcanlı, qəmgin, ürkək baxışları, sakit-sakit süzülən göz yaşları məni kövrəldirdi. Bu hissi öz toyumda da yaşadım. Məhz bu mahnıya:Vağzalı çalınır Anam ağlayır...

Görəsən niyə ağlayır analar? Sevincdənmi, qüssədənmi... 

İndi mənim də balam var. Bir anlığa belə gözlərim önünə gələndə ki, inşallah, onu gəlin köçürəcəyəm, gözlərim dolur. Eynən öz toyumda olduğu kimi...

22 aprel 2011
GO BACK