Qadin.NET / Bir gün oyanacaqsan ki...

Bir gün oyanacaqsan ki...

Bir gün oyanacaqsan ki...

Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var…

***

Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,

– Həyatının sevgisini qüruruna qurban verdiyini,

– Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.

***

Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,

– Binanin başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını,

– Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,

– Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.

***

Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını,

– Soyuq olduğu üçün çimmədiyin dənizləri,

– İsti olduğu üçün saatlarla çıxmadığın yatağı,

– Televizor qarşısında boş yerə keçirdiyin saatları,

– Yetərincə qucaqlamadığın dostları,

– Öyrənməyə vaxt tapmadığın pianinonu,

– Düşüncələrini həmişə çox ciddiyə aldığın qonşuları,

– Tənbəllik edib getmədiyin yığıncaqları xatırlayacaqsan. 

Bir gün oyanacaqsan ki...

***

Üzmədiyin okeanları,

– Səyahət etmədiyin ölkələri,

– Yazmadığın kitabı,

– Tanış olmadığın insanları,

– Dadına baxmadığın yeməkləri

– Yazmadığın ad günü kartlarını,

– Nə cür keçdiyini hiss etmədiyin günləri,

– Öyrənmədiyin rəqsləri düşünəcəksən…

***

Bu düşüncələr sənin ürəyini parçalayacaq.

Bunun baş verməsinə imkan vermə! 

Şəbnəm

18 iyun 2015
GO BACK