Qadin.NET / Konfutsidən ibrətamiz nəsihətlər

Konfutsidən ibrətamiz nəsihətlər

 

Konfutsidən ibrətamiz nəsihətlər

 

Dahi Çin mütəfəkkirinin fəlsəfəsi – fərdi və ictimai əxlaqi məsələlər üzərində təmərküzləşmişdir. Konfutsi insanlara cəmiyyətdə doğru ünsiyyət qurmaq üçün ədalət və bərabərlik qanunlarını öyrədirdi. İndi isə filosof Konfutsinin 10 həyati dərsini gözdən keçirək:

-          Dayanmadığınız təqdirdə sizin nə qədər yavaş getməyiniz zəruri deyil.

-          Heç vaxt özünüzdən daha yaxşı olmayan bir kəslə dostluq etməyin.  

-          Qəzəbləndiyin zaman nəticələr (işin nəticəsi) barədə düşün.

-          Hədəflərə çatmağın qeyri-mümkünlüyü aydın görünürsə, hədəfləri  deyil, hərəkətləri təshih edin.

-          Əgər nifrət edirsənsə,deməli, səni məğlub ediblər.

 

-          Nəcib insan özünə, zəif (aşağı keyfiyətli) insan isə başqalarına qarşı tələbkarlıq göstərər.

-          Hər nə işlə məşğul olursunuzsa, bunu ürəkdən edin.

-          Xırdaçılıqda hövsələsizlik göstərmək əhəmiyyətli işi məhv edər.

 

Konfutsidən ibrətamiz nəsihətlər

 

 

-          Əgər kürəyinə tüpürürlərsə, deməli, sən öndəsən.

-          Nifrət etmək asan, sevmək isə çətindir. Həyatımızdakı bir çox şeylər məhz bunun üzərində durub. Yaxşılıqlara yetişmək çətin, hər hansı bir pisliyi əldə etmək isə olduqca asandır.

-          Mən insanların yaxşılığı (xeyirxahlığı) gözəlliyi sevdikləri kimi sevdiklərini görmədim.

-          Özünüzə qarşı sərt, başqalarına qarşı mülayim olun. Belə etməklə siz özünüzü insanların düşmənçiliyindən qorumuş olarsız.

-          Ağılsız şəxs – insanların onu tanımamasından, müdrik şəxs isə insanları tanımamasından şikayətlənər.

-          Yaxşılığa yaxşılıqla, pisə ədalətlə cavab ver.

-          İntiqam alırsan – iki qəbir qaz.

-          Etmək gərəkəni bilmək və bunu etməmək ən pis qorxaqlıqdır.

-          Əvvəllər insanların sözlərinə qulaq asar və onların əməllərinə inanardım. İndi isə, insanların sözlərinə qulaq asır və onların əməllərinə baxıram.

 

Hazırladı: Fərid Abdullah

9 may 2015
GO BACK