Qadin.NET / Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?

Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?

 

Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?

 

Diqqət etsək görərik ki, uşaq vaxtı – hələ məktəbli olarkən parta arxasında əyləşir və vaxtın ləng getməsindən şikayətlənərdik. Hal-hazırda bir çox işləri çatdıra bilmədiyimizdən, bunun üçün asudə vaxtımızın – zamanın olmamasından şikayətlənirik. Ahıl yaşlarında isə, zaman, demək olar ki, işıq sürətilə ötüb-keçir. Axı nə üçün? Bu barədə bir neçə nəzəriyyə vardır:
Birinci nəzəriyyə: Həyat dövrünün hissələri
Bu nəzəriyyənin mahiyyəti budur ki, müxtəlif yaşlarda olan fərqli insanlar həyat durumlarına görə “zaman ölçüsü” anlayışını özlərinə məxsus qavrayırlar. Ömrün ilkin illərində insanın həyat dövrü aylarla və yarım illərlə ölçülür. Daha sonra isə bu müddət sanki dartılır, yəni daha illərlə yox, onilliklərlə ölçülür. Məsələn beş yaşlı uşaq üçün zaman anlayışı onun həyatının 1/5-nə bərabərdir. Məntiqi cəhətdən müqayisə etsək görərik ki, beş yaşlı uşağın nəzərində bir il ilə, əlli yaşlı insanın nəzərdə tutduğu il anlayışı bərabər deyil. 1/5 və 1/50... Özünüz müqayisə edin.
Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?

İkinci nəzəriyyə: Dünyanı dərk etmək
Zamanın psixoloji “axınının” gedişatı insanın informasiya qəbulu prosesinə uyğun olaraq ləngiyir. Hər bir uşaq süngər kimidir. Qarşılaşdığı hər bir informasiyanı özünə çəkir. Hər gün onun üçün yeni təəssürat və kəşflərlə doludur. İnsan yaşlaşdıqda isə, demək olar ki, avtomatik olaraq hərəkət edir, dünya və müxtəlif məlumatlar barədə az informasiya alır. Buna görə də, illər keçdikcə zamanın gedşatını daha çox duyuruq. Əgər insan günbəgün monoton və yeknəsəq həyat tərzi keçirirsə, yalnız bir fikir və ideya barəsində düşünürsə, qocalan zaman əllərini açaraq belə gileylənəcəkdir: “Ah, illər mənim üçün necə də sürətlə keçib getdi. Mən bu dünyada heç nə edə bilmədim. Çatdıra bilmədim.”
Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?

Üçüncü nəzəriyyə: Biloji proseslər
Zamanın gedişatı barədə yuxarıda qeyd edilən iki nəzəriyyə hər bir insan üçün – müxtəlif həyati dönəmlərdə subyektv qavrama xarakteri daşıyır.  Fizika və biologiya üzrə mütəxəssis, doktor Mitra öz araşdırmalarında daha da irəli gedərək belə qənaətə gəlib ki, həqiqətən də insan üçün zaman axını yaş artdıqca daha da sürətlə hərəkət edir. Alim ortaya belə bir sual qoyur ki, nə üçün yaşla əlaqədar zamanın sürəti də artır. Sualın cavabı insanın qocalması və inkşafı ilə əlaqədar proseslərin təhlili gedişatında ortaya çıxdı. Baxmayaraq ki, bu durum, eyni prinsiplər əsasında inkişaf edən sair varlıqıqlar üçün də keçərlidir. Diqqət edin, uşaqlıqda insan orqanizmindəki gedişat hüceyrə və orqanların inkişafına yönəlik gedir. Yəni insan orqanizmi tərəqqi edir. Gənclik dönəmində bu proses zirvə həddinə çatır və yavaşıyır. Yetkinlikdə isə əks istiqamətə doğru hərəkətə başlayır. Yəni proqresdən reqressə – tərəqqidən tənəzzülə doğru. Uşaqlıqdan qocalığa doğru inkişafın gedişatı – maddələr mübadiləsi ləngiməyə başlayır. Nəticə isə öz-özünə həll olur. Yəni maddələr mübadiləsinin sürəti hərəkətin sürətinin duyumu ilə tərs mütənasibdir. 
Buna görə də, doktor Mirta belə bir qənaətə gəlir ki, maddələr mübadiləsi nə qədər sürətli gedirsə, yəni insan orqanları və hüceyrələri nə qədər sürətlə hərəkət edirsə, zamanın hərəkəti daha az hiss olunur. Və ya əksinə, maddələr mübadiləsi gedişatı nə qədər ləng gedirsə, insan üçün zaman axını daha sürətli olur. Doktor belə bir fərziyyə də irəli sürür ki, ölümün daxil olma anından zaman daha maksimal sürətə malik olur. Məhz buna görə də diri insanlar ölmüş insanla ünsiyyət qura bilmirlər. Lakin bu fərziyənin əlavə araşdırmalara ehtiyacı vardır, hansı ki, çox güman gələcəkdə aparılıb, cəmiyyətlə bölüşüləcəkdir.
Hazırladı: Fərid Abdullah
8 may 2015
GO BACK