Qadin.NET / Hər yolun sonu Ona çıxır

Hər yolun sonu Ona çıxır

Hər yolun sonu Ona çıxır
Sadəcə oxu:
 Aç gözlərini və yalnız oxumağa çalış. Yorulmadan, çəkinmədən, qorxmadan sadəcə oxu. Aləmi oxu! Həyatı oxu! Al kitabı əlinə, lazım gələrsə, heç buraxma. Sarıl kitaba sadəcə oxu. Oxuduqca anlayacaqsan sənə ən lazımlı şeyin oxumaq olduğunu. Sonra düşün. Sadəcə düşünməyə çalış. Düşünə bildiyin qədər düşün. Həyatı düşün, düşündükcə düşün. Kainat kitabını düşün. Və hətta aləmin səhifələrində bir gəzintiyə çıx. Kainat, beynindən qat-qat böyük, amma beynin onu əhatə edəcək qədər geniş bir qabiliyyətə təzahür. Nə oxuyurdun? Oxuduqlarını düşün. Düşündükləri isə görməyə çalış və hiss et. Sonra düşündüklərini yaz. Görək səhifələr, mürəkkəblər fikirlərini içinə alacaq qədər yetərli olacaqmı? Bil ki bundan mürəkkəb də, kağız da razı olacaqdır. Qorxmadan yaz. Yazmaqdan qorxma. Və paylaş.
Hər yolun sonu Ona çıxır
Sadəcə paylaşmağa çalış. Yazdıqlarını paylaş insanlarla. 
Bəlkə, birinin ağlına, qəlbinə mənəvi bir yol açmağa vəsilə olarsan. Bəlkə, birinin ruhuna bir rahatlıq damcısı səpərsən. Bəlkə bir qapı açarsan dinclik iqliminə doğru. Nə deyirsən, ola bilməz? Bəlkə bu sayədə yıxılmayan divarları yıxarsan! Daş ürəkliləri yumşaldarsan. Sən bundan böyük bir səadət bilirsənmi? Eşidərsən əlbəttə, eşidərsən. Bir də təkcə gülümsəməyə çalış. Qorxma! Kiçik bir təbəssüm qoy sevdiklərinin  qəlbinə sevinc gətirsin. Əsirgəmə onlardan sevgi dolu bir gülümsəməyi. Və son. Ən son təvazökar ol. Ən gözəl bir sona çatmaq üçün təvazökar ol. Oxu, yaz, paylaş, şükr et, zikr et sadə yaşa həyatı. Yalnız xeyirli yaşamağı istə dualarında. İstəməkdən qorxma! Sonsuz mərhəmət sahibinə sığın. Bil ki, ona sığınan, inanan hər iki cahanın ən məsud və bəxtiyardır. Sadəcə Ona sığın. Yalnız Ondan istə. Hər işin başında Onun adını an.

Və bil ki, hər yolun sonu Ona çıxır.

  

 

25 oktyabr 2015
GO BACK