Qadin.NET / Salığında kor Fatı, öləndə Ağca xanım

Salığında kor Fatı, öləndə Ağca xanım

Bu məsəli ona görə çəkirlər ki, sağlığında dəyər vermədiyimiz adamlara öldükdən sonra özünün belə xəyal etmədiyi, eştsəydi təəccüb keçirəcəyi xoş sözlər deyirik. Bu yaxınlarda hamının əzazil kimi tanıdığı, zənnimcə də elə olan bir insan vəfat etdi. Onun arxasınca da xoş sözlər söyləndi, hətta mən təəccübləndim görən, bu haqqında danışılan adamla mən tanıdığım adam eyni adamdırmı?

Bu qədər xoş sözlər biliriksə və ifadə etməyi bacarırıqsa, niyə insanlar öldükdən sonra onu istifadə edirik? Vəfat edən adam onu eşidirmi? Tutaq ki, eşidir eşitsə də, gəlib mənim haqqımda necə xoş sözlər işlədirsən halbuki, mən özüm haqqında belə fikrə qapılmamışdım, deyə biləcəkmi?

 
Salığında kor Fatı, öləndə Ağca xanım

Niyə insanları öldükdən sonra sevirik? Sağikən isə heç oralı olmuruq . Öldükdən sonra onları dəyərli edən ayrılıqmı, yoxsa bir daha gəlib narahat etməyəcəklər düşüncəsi ilə sevməkmi?

İnsanları öldükdən sonra deyil, sağikən sevsək, bəlkə də sağlığında kor Fatı olmaz. Bəlkə də oda sağkən Ağca xanım olmaq arzusundadır bir nişanə gözləyir. İnsanlara nifrəti öyrətdiyimiz kimi sevməyi də öyrədə bilsək, beləcə sevgimizlə kor Fatıları azaltsaq, Ağcaları çoxaltsaq, danışarkən istifadə etdiyimiz xoş sözlərin arxasında riya deyil səmimi sözlər olsa, beləliklə qarşımızdakına təlaşlı gözlərlə deyil, əmin gözlərlə baxsaq, getdiyimiz və ya getmədiyimiz hər yerdə əziz adam olsaq və də arzulanan, aldığımız nəfəsi içdən alsaq kimsədən qorxmadan, çəkinmədən axı riyakarın nəfəs alması da riyakarca olur.

“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (41:34)

Heç nifrət etdiyimiz birinə xoş söz dedikmi? Kitabımızda buyrulduğu kimi çox təəssüf, bizə edilən hər bir nəsihətdə kar olduğumuz kimi bunu da dinləmədik. Hamımız zalımlardan şikayətçi ola-ola onların arasında boy atdıq, onlardan biri olduq, beləcə dünyanı kor Fatılarla doldurduq, öldükdən sonra da gedən bizdən biridir deyib tərifə başladıq, onu kor Fatıdan Ağca xanıma çevirdik. Yaşadığımız bu qısa ömrə o qədər yalan riya yerləşdirdik ki, əvvəlinin harda başladığı hesabını da itirdik. Riyakarlığımızın, zalımlığımızın ətrafında özümüzdə boğuluruq, sarılmağa saman çöpü belə tapa bilmirik.

Salığında kor Fatı, öləndə Ağca xanım

“Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin! (2:48)”

Sağlığımızda yaxşılıq etməyə çalışaq, kor Fatını yola saldıqdan sonra riyakarlıqla söylədiyimiz xoş sözün nə ona, nə özümüzə faydası var. Sağlığında sevək, o sevginin nuru hər ikimizi aydınlatsın. “Şam öz dibinə işıq salmaz”, deyirlər lakin ətrafa yaydığı işıqla onu görə bilirik, ətrafa yaydığımız sevgi də bizim görünməyimizə səbəb olar.

“(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.”(2:195)

 

11 aprel 2015
GO BACK