Qadin.NET / Maraqlı beşlər toplusu

Maraqlı beşlər toplusu

Bu yazılanları lap çoxdan oxumuşdum və maraqlı gəldiyi üçün də qeyd dəftərlərimdən birinə qeyd etmişdim.Təsadüfən köhnə dəftərlərimi vərəqləyərkən rastıma çıxdı və sizinlə paylaşmaq istədim. Buyurun, tanış ola bilərsiniz.

***
Beş şey yaxşıdır hər insanda ola, amma sahibində olsa, daha yaxşıdır: elm, ədalət, səxavət, səbr və həya.
Elm alimlərdə, ədalət hakimlərdə, səxavət varlılarda, səbr kasıblarda, həya qız-gəlinlərdə.
Elmsiz alim tavanı olmayan ev kimidir.Ədalətsiz hakim susuz arx kimidir. Səxavətsiz varlı meyvəsiz ağac kimidir. Səbrsiz yoxsul işıqsız lampa, həyası olmayan qız-gəlin duzsuz təam kimidir.
***
Maraqlı beşlər toplusu
Müsəlmanın müsəlman boynunda beş haqqı var: Salamın cavabını almaq, çağırışına getmək, qonşuluqda sülh etmək, xəstələnəndə ona baş çəkmək, dəfnində iştirak etmək.
***

Elm beş şeydə cəmləşir: çox sual etmək, çox məşğul olmaq, pak işlər görmək, dahilərə xidmət etmək, Yaradandan kömək istəmək.

***

Beş şey böyük nemətdir: can sağlığı, əmin-amanlıq, ruzi bolluğu, müvafiq munis (yaxın adam, sirdaş, ürək dostu), yaxşı övlad.

***
Beş şey insan üçün sirdir: qiyamət nə vaxt olar, nə vaxt yağış yağar, hamilə qadının qız və ya oğlan dünyaya gətirməsi, sabahkı kəsbim (qazancım) nə olar və ölüm vaxtı.
***
Maraqlı beşlər toplusu
***
Cənnətdən gələn meyvə beşdir: nar, alma, heyva, üzüm, tər xurma.
***
Beş şeyi Allah çox sevir: öz ailəsinin qeyrətini çəkməyi, səxavətliliyi, yumşaq xasiyyətliliyi, doğrucul və şücaətli olmağı.
***
Beş şey qəbahətlidir: qoca adamın eşqə düşməsi, padşahın (ölkə başçısının) hiddətlənməsi, şərəfli adamın yalan danışması, dövlətlinin xəsisliyi və alimin tamahkarlığı.
***
Beş şeyin-zülm, təkəbbür, həsəd, xəyanət, hiylə-müştəriləri beş nəfərdir: zülmün müştərisi padşahlar, təkəbbürün müştərisi obalarda tək yaşayanlar, həsədin müştərisi alimlər, xəyanətin müştərisi tacirlər, hiylənin müştərisi pis qadınlardır.
***
Maraqlı beşlər toplusu
Beş şeyi öldürmək günahdır (qadağandır): meymunu, dəvəquşunu, şanapipiyi, bal arısını, qarışqanı.
***

Beş şeyi öldürmək günah deyil: qarğanı, çalağanı, ilanı, əqrəbi və quduz iti.

***
Dünyanın möhnəti beşdir: qərib yerdə xəstələnmək, qocalıqda yoxsulluq, gözlü ikən kor olmaq, ağıllıykən dəli olmaq, cavan ölmək.
***
Rum, hind və fars hikmət alimlərinin buyurduğuna görə, xəstəliklər beş şeydən törənir: çox yemək, gündüz çox yatmaq, gecə az yatmaq, çox mübaşir (çox eyş-işrətdə)olmaq və gecə yarısı soyuq su içmək.
***
 Ənuşirəvanın xəzinəsindən tapılan bir lövhədə beş sətir yazılıbmış: hər kimin oğlu yoxdur-gözünün işığı yoxdur, hər kimin qardaşı yoxdur-arxası yoxdur, hər kimin arvadı yoxdur-eyş-işrəti yoxdur, hər kimin malı yoxdur-cəlalı yoxdur, hər kimin bu sadalananları yoxdursa, qəm-qüssəsi yoxdur.
8 aprel 2015
GO BACK