Bu gün xoş olmayan söz deməzdən əvvəl, danışa bilməyənlər haqda fikirləş!
******
Yeməyin dadından şikayət etməzdən əvvəl , yeməyə heç nəyi olmayanları fikirləş!
******
Həyat yoldaşından şikayət etməzdən əvvəl, Allaha onu tərk etməməsini yalvaranları fikirləş!
******
Həyatdan şikayət etməzdən əvvəl, həyatdan tez gedənləri fikirləş!
******
Uşaqlarından şikayət etməzdən əvvəl , uşaq arzusunda olan ,lakin uşağa sahib ola bilməyənləri fikirləş!
******
Evin natəmizliyindən şikayət etməzdən əvvəl,evləri olmayan ,küçədə qalanları fikirləş!
******
Yorulub öz işindən şikayət etməzdən əvvəl ,işsizləri və iş arzusunda olanları fikirləş!
******
Kimisə barmaqla göstərib . Ona rişğənd etməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdur və hamımız bir gün Yaradana cavab verəcəyik!
******
Həyat hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!!
******