Bildiyiniz kimi son dövrlərdə dövlət və özəl məktəbə qədər təhsil ocaqlarının sayı gündən günə artır. Bilirik ki, məktəbəqədər təhsil intellektual, fiziki və psixoloji inkişafı sürətləndirmək üçündür. Uşağın potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında bağçalara mühüm rol ayrılıb. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisəsində qoyulmalıdır.
Bəs 3 yaşına qədər uşaqlar uşaq bağçasına göndərilməlidirlərmi ?
Əgər mümkünsə, uşaq 3 yaşina qədər heç bir uşaq müəssəsinə göndərilməməlidir. Əgər ana isləyirsə, bu müddət ərzində işinə fasilə verməlidir və Əmək qanunlarına əsasən 3 illik analıq məzuniyyətinə çıxmalıdır.Əgər bu mümkün deyilsə, uşağini nənəsinin və ya pedaqoji təhsili olan bir baxicinin köməyi ilə ev şəraitinde böyütməlidir. Evdar qadinlar isə bu dövrdə uşaqlari ilə bir yerdə olmağa çalismalidirlar. Çünki uşaq 3 yaşina qədər ailə mühitinə ehtiyac hiss edir. Bundan başqa, 3 yas dövrü uşaqda özünəinam hissinin formalaşdiği bir dövrdür. Bu isə yalnız ailə mühitində mümkündür. Bundan başqa 3 yaşına qədər bağçaya göndərilən uşagin məktəbəqədər təhsil müddəti uzanir, bu isə qisa bir vaxtda uşağın məktəb həyatından soyumasına səbəb olur. Ona görə də 3 yaşına qədər bütün imkanlardan istifadə olunmalı və uşaq ev şəraitində boyüdülməlidir.
Uşaq 3 yasina catdiqda isə ilk illər yarim gün olmaq sərti ilə məktəbə qədər bir müəssisəyə göndərilə bilər…
Bəs siz əziz Qadın.netlilər necə düşünürsünüz? 3 yaşına qədər uşaqlar uşaq bağçasına göndərilməlidirlərmi? aranizda körpələi uşaq bağçasına göndərən varmı?