1. Bu gün mənim ad günümdə bir zərf aldım. İçində keçən il itirdiyim cüzdanım vardı. Pullar, vəsiqə və sənədlər yerində idi. Bundan əlavə içinə bir yazı da qoyulmuşdu: "Ad günün mübarək!"
2. Bu gün ərimdən bir məktub aldım. O, başqa bir şəhərdə xidmət edir. Məktubda yazılırdı: "Mən sənin üçün darıxmıram. Mən səninlə birlikdə özümüz üçün darıxıram." Mən hələ indiyə qədər belə bir ifadə eşitməmişdim. Amma mən onun nələr hiss etdiyini yaxşı başa düşürdüm.
3. Mənim 22 yaşım var və bu yaxınlarda öyrəndim ki, heç vaxt uşağım olmayacaq. Əvvəllər həmişə deyirdim ki, mən ana olmaq istəmirəm. Amma indi dükanlarda uşaq malları gördükcə hər gün ağlayıram. Çünki daha mənim seçim etmək ixtiyarım yox idi.
4. Bu gün oğlumu məktəbə ötürürdüm və yolda keçmiş sinif yoldaşımı gördüm ki, həmişə uşaqlıqda onu ələ salardım. Məni görən kimi, çox sevindi. Məni qucaqlayıb dedi ki, mükəmməl görünürəm.
5. Bu gün yolda qəribə bir vəziyyətlə rastlaşdım. Maşının sürücüsü pəncərədən çölə zibil atdı. Onun ardınca gedən motosikl sürücüsü zibili yerdən qaldırdı. Növbəti işıqforda motosikl sürücüsü maşının pəncərəsini döyəclədi və sürücünün atdığı zibili yenidən ona qaytardı.