Qadın səhər hamıdan tez yuxudan oyanır.Çay qoyur,səhər yeməyi hazırlayır.Sonra hamını bir-bir oyadır.Hamı gedir ,uşaqlar məktəbə,kişi işə.Sonra başlayır evləri yığışdır,bütün ev işlərini görür.Sonra evdə çatışmayanları almaq üçün bazara da özü gedir.Axşam olur hamı yığılır evə .Hamı şikayətlənir uşaqların dərsi çoxdu , kişinin işi ağırdı.Qadın isə mən də yorulmuşam dedikdə elə bil evdəkilər qeyri-adi nəsə eşidir.Hamı gözünü elə ağardır ki,sən nə edirsən, sən niyə yorulursan ,evdə nə iş var ki.Süpürdün,sildin vəssalam.
Hələ kişidən pul istəyəndə ki,özünə nəsə alsın bax onda mərəkə qopur.Heç bilirsən nə zülümlə qazanıram,heç bilirsən sənin bir anda xərclədiyin pula görə mən nə qədər çalışıram.Sənə nə var oturmusan evdə ,elə bilirsən asandı pul qazanmaq.Doğurdanmı ev işi o qədər asandı,doğurdanmı,əgər qadın işləmirsə onun pul xərcləməyə ,insan kimi yaşamağa hüququ yoxdur. Bu hal çox ailədə olmasa da əksər ailələrdə var .
Bəlkə mən səhv edirəm?