Qadin.NET / Niyə yalan danışırıq?

Niyə yalan danışırıq?

Niyə yalan danışırıq?

İnsanlar həyatda bir-birilərinə çox yalan danışırlar. Bəs bu yalanların kökü hardan gəlir, bilirsinizmi?

Ailəmizdən:

Balaca vaxtımızdan bəri ana, atalarımız bizə yalan deyirlər. "Oğlum (qızım) sakit ol,sənə şokolad alacağam.", "Axşam atan evə gələndə sənə çoxlu oyuncaq gətirəcək." Özlüyünüzdə düşünməyin ki, uşaqlar heç nə anlamaz, başa düşməz. Ancaq uşaqların zehni bu yalanları avtomatik olaraq yaddaşına yazır. Məsələn: Evə biri zəng vurur, ata evdə ola-ola deyirlər ki, yoxdu. Uşaq da görür ki, ata evdədi, amma deyirlər ki, evdə yoxdur. Yeqin ki, belə olmalıdır, deyə düşünür uşaq. Belə olduqda uşaqlar da böyüdükcə yalan söyləməyə başlayırlar.

Ətrafımızdan: 

Ailəmiz yalan söyləməsə, televizor izləməsək də, ətrafımızda o qədər yalan danışan insanlar var ki. Qısası, dostlar, qohumlar, qonşular bir-birilərinə yalan deyirlər.

Bəzi araşdırmacılar, yalanı, yalanın səbəbəbini, hədəfini belə izah edirlər:

Faydalı yalanlar: Əlaqələrin yaxşılığı üçün.

Bəyaz yalanlar: İnsanların marağını üzərinə çəkmək üçün .

Müdafiə üçün söylənən yalanlar: Özümüzü ağır vəziyyətdən çıxarmaq üçün.

Kompensasiya üçün söylənən yalanlar: Başqalarının hayatlarına təsir etmək üçün.

Qeybət üçün söylənən yalanlar: Bir sözü şişirdib danışmaq,olduğu kimi danışmamaq.

Patoloji yalanlar:Kiminsə ürəyini incitmək üçün..

Niyə yalan danışırıq?

Bəs birisinin yalan söylədiyini necə anlaya bilərik:

-Yalan danışan insan göz təmasından qaçırsa, göz-gözə gəlməmək üçün əlindən gələni edirsə.

-Əllərini üzünə və boynuna doğru aparırsa.

-Danışdığı insanla çox təmas qurmaq istəməzsə.

-Yalandan qaçmaq üçün qabaqdangəlmişlik etməsi.

-Söylədiyi sözlər açıq olmaya bilər. Açıq danışmazsa.

-Haqsız yerə günahlandırıldığına hirslənməz. 

-"Sözün düzünü desəm","Niyə yalan danışım?"-cümlələrini işlədirsə.

-Yalanını üzüne vurmayasınız deyə söhbətdən qaçarsa və yersiz zarafatlar edərsə və.s kimi şeylərlə birinin yalan danışmağını asanlıqla anlaya bilərsiniz.

Ən əsası da odur ki, birinin yalan danışmağından şübhələnirsinizsə, gözlərinin içinə baxın. Çünki, gözlər yalan deməz.

Əziz xanımlar, bu yalanlar barədə olanlar xəbərimin bir hissəsi idi. İkinci hissədə "Kişilər qadınlara necə yalan danisir?"-onu hazırlamaq istəyim var, İnşAllah.

Əgər istəsəniz o xəbərimi də sizlərə sevə-sevə təqdim edərəm..

18 yanvar 2015
GO BACK