Qadin.NET / Qapının zəngi...

Qapının zəngi...

Qapının zəngi...

Qapının zəngi...

Səhər yenicə açılıb. Açırsınız qapını. Sütçünüz gəlib. Bir litrlik qabınıza tökülən südlə ağappaq səhərin gözəlliyinə qovuşursınız. Gözünüzdə tərtəmiz bir səhər naharı canlanır. Ürəyinizdən "Bu gün naharı bağçada edim" deyə hiss keçirirsiniz.
Qapının zəngi...
Gələn poçtalyondur. Qucağında böyük bir paket. Uzatdığı kağıza imza atırsınız. Əvvəlcədən sifariş verdiyiniz kitablara qovuşmağın sevincini yaşayırsınız. Tətildə olduğunuza görə kitablara çox ehtiyacınız vardır.  "Artıq ürəyim sıxılmayacaq" deyib sevinirsiniz. Ən çox maraqla gözlədiyiniz kitabı alıb divana uzanırsınız.
Qapının zəngi...
Qapıya qaçırsınız. İllərdir görmədiyiniz bir dostunuz gəlib. Sevinirsiniz. Söhbətləriniz saatlar boyu, hətta, bütün gün davam edir. "Nə qədər ki, belə dostlar vardır, o qədər də yaşamaq gözəldir" deyirsiniz ürəyinizdə.
Qapının zəngi...

Qapının zəngi...
Qapı gözlüyündən baxırsınız. Heç kimi görə bilmirsiniz. Dönüb yenidən kresloya uzanırsınız. Yenidən qapının zəngi çalır. Baxırsınız, yenə də bayaqki kimi heç kim yoxdur. Bir daha zəngin səsi gələndə qapını açıb çölə çıxırsınız. Qonşunuzun oğlu əlindəki çubuqla zəngi çalırmış. Sən demə, duzları qurtarıb. İçəridən duz gətirərkən öz-özünüzə deyirsiniz. "Əlbəttə, görmərəm. Dəcəlin boyu bir metrdir." Bu kiçik hadisə təbəssüm bəxş edər hər kəsə.
Qapının zəngi...
Özündən gedib yıxılacaq qədər təəccüblənirsiniz. Əsgərlikdəki oğlunuz xəbər vermədən icazəyə çıxmışdır. "Oğlum mənim" deyə həsrətlə qucaqlayarkən göz yaşlarınızı saxlaya bilmirsiniz. Xoşbəxtliyiniz oğlunuzun icazə müddəti qədər uzanır.
Qapının zənginin çalmasında sanki xoşbəxtliyə qaçırsınız. Xoşbəxtlik axtarır gözləriniz. Hər səssizlikdə qulaqlarınız zəng səsi eşitmək istəyir.
Və bir gün qapının zəngi çalınmaz...
O gün ən böyük qonağınız gələr. Sanki qapını qırmışdır. Götürüb gedəcək sizi, təəccüblənirsiniz. "Niyə xəbər vermədi?" deyə ağlınızda düşünərək. "Doğulduğundan bəri zəng çalıram" deyər.
Nə isə söyləmək istəyərsiniz o an. Amma o andan sonra diliniz dönməz.
Ölüm səssiz sədasız gələr.
Hər birimiz üçün gələcək bu qonaq.
Allah hər birimizə xeyirli və imanlı ölüm nəsib eləsin, inşAllah...
17 yanvar 2015
GO BACK