Qadin.NET / Mən qadınam

Mən qadınam

Azyaşlı oğlan uşağı anasının ağladığını görüb soruşdu:  Anacan, niyə ağlayırsan? Anası cavabinda; “Çünki mən qadınam”  söylədi. Oğlunun heç nə başa düşmədiyini görən anası onu qucaqlayaraq, “Heç vaxt da başa düşməyəcəksən” deyə pıçıldadı. Bu dəfə oğlu eyni sualı atasından soruşdu.  Atası; “Oğlum ağlamaq qadınların canındadır, həmişə səbəbsiz yerə ağlayarlar”, dedi.

Mən qadınam

Zaman ötdü, oğlan böyüdü. Hələ də onu uşaqlıqdan düşündürən suala cavab tapa bilmədi. Qadınların göz yaşlarının səbəbini dərk etmədi. Nəhayət ölüm anı yetişdi. Cənnətə düşən oğlan  bütün həyatı boyu cavab tapa bilmədiyi sualı Allaha ünvanladı. Allah isə cavabında bunları söylədi; "Mən qadınları kişilərin qabırğasından onların ürəklərini qorumaq üçün yaratdım. Həyatın bütün çətinliklərinə sinə gərəcək qüvvəyə malik olmalarına baxmayaraq lazım gəldiyində başqalarına təsəlli verəcək qədər geniş ürək verdim. Doğum ağrılarına, dünyaya gətirdikləri övladların nankorluğuna dözə biləcək daxili güc verdim. Həyat yoldaşlarını bütün qüsurlarıyla qəbul edərək sevmək qüdrəti verdim. Ailəsinin ən ağır günlərində, həyat yoldaşının gücünün tükəndiyi bir vaxtda bütün yükü çiyninə götürə biləcək həyat əzmi verdim. Övladları onu incitsələr də, qəlbinə toxunsalar da onları təmənnasız sevə bilmək bacarığı verdim.  Mən qadınlara yalnız bir zəiflik əlaməti- tamamilə özlərinin sahib olduğu göz yaşı verdim, ehtiyacları olduğu müddətdə istifadə etsinlər deyə"....

 

17 mart 2011
GO BACK