Qadin.NET / Bacarıqlı xanımların günü

Bacarıqlı xanımların günü

Özünüzü hər gün daimi olaraq iş içərisində görürsünüz? Qadın olmaq başlı başına çətin bir peşədir. Ev işləri, həyat yoldaşı olmaq və analığın yanına bir də iş həyatı gəldikdə işin içindən çıxmaq insanın bütün enerjisini ala bilər. Beş dəqiqə dayanmağa, sevdiyiniz bir rəfiqənizlə telefonla da olsa bir az söhbət etməyin həsrətini çəkirsiniz? 

Bacarıqlı xanımların günü

Səhər yuxudan erkən qalxın.

Hələ heç kim yuxudan oyanmamış, bəzi işləri görmək gözəl bir fikir ola bilər. Ətrafda ora-bura sevinib qaçan uşaqlar sizi narahat etməmiş, telefonlar ard-arda səslənmədən görəcəyiniz hər iş sizin xeyrinizə olacaq. Bu həm günə gözəl başlamağınızı, həm də tezdən yol aldığınız üçün ağır bir gün üçün xeyli faydalı olacaq. Səhər səssizlikdə özünüzə seçəcəyiniz bir saat, bir gün başqa bir zaman kəsiyində özünüzə seçəcəyiniz iki saatdan daha səmərəli keçəcək.

 Bacarıqlı xanımların günü

Sürətli sadə makiyaj etməyi öyrənin.

Hər gün sanki bir toya gedirmiş kimi makiyaj edirsinizsə, bunun sizin üçün bir neçə mənfi tərəfi ola bilər. Birincisi, dərinizin də nəfəs almağa ehtiyacı var və onu hər gün sıx makiyajla yormamaq lazımdır. İkincisi, həm o makiyajı edərkən, həm də axşam makiyajı çıxararkən vaxtınızı itirirsiniz. Makiyajınızı sadələşdirin. Heç makiyajsız da olmaq düzgün deyil. Özünüzə fikir verin, baxımlı olun.

Bacarıqlı xanımların günü

Paltar seçiminizə tez qərar verin.

Hər səhər nə geyəcəyinə qərar verə bilməyənlərdənsinizsə, işiniz çətindir demək. Amma işləyən bir anasınızsa, bu  daha da çətindir! Geyim otağınızda özünüzü paltarlara boş-boş baxarkən görmək və "Görəsən hansını?" deyərək itirəcək vaxtınız yoxdur onsuz da. Geyim tərzinizi sadələşdirin. Bir neçə fərqli kombunə edilmiş bir köynək, ya da dərhal hər cür şalvarla olan bir ayaqqabı sizin daha tez qərar verməyinizi təmin edər. Əgər çox rəngli və müxtəlif tərzdə geyinmək sizi qane etmirsə, stilinizi sadələşdirən qara və ağ rəngli paltarlar hər zaman ideal olan bir seçimdir. Əgər iş adamısınızsa, bir neçə qara kostyum fərqli tərzlərdə, bir neçə qara şalvar və ya dərhal hər köynəklə rahat geyinə biləcəyiniz ətəklər olsa bəsdir. Evdar qadınsınızsa, dəbdən daha çox rahatlığına üstünlük verin. Əgər geyim rahat olmazsa, işlərinizin daha da çətinləşəcəyindən əmin olun.

Sizin üçün kinoya getmək digər bir çox şeydən əhəmiyyətlidirsə, kinoya gedin. Planlarınızı müəyyən etmək və ən çox istədiklərinizi daha əvvəl həyata keçirmək sizi planlı-programlı edər və beləcə, qeyd dəftərinizin üst sıralarında olmayan digər işləri də aparmağa vaxt tapa bilərsiniz. Mütləq yerinizdən qalxmamış plan qurun və planlı iş hər zaman rahat olur. 

Bacarıqlı xanımların günü

Unutmayın, "Mükəmməl yaxşının dostudur".

Hər şeyi mükəmməl görməyə çalışmaq bəzən həyatı çox çətinləşdirir. Yaxşı görməyin yetərli olduğu halında ideala nail olmaqdan əl çəksəniz, özünüz üçün vaxt yarada bilərsiniz. Hər zaman tərtəmiz bir evdə yaşamaq istəyiniz xəstəlik halı almasın, arada bir dağınıq qalmasına icazə versəniz, heç nə itirməyəcəksiniz, elə deyilmi? Hər zaman özünüz baxımlı və təmiz olun. Unutmayaq ki, qadın böyük qüvvədir.

31 dekabr 2014
GO BACK