Qadin.NET / Təsir yoxsa mübarizə!?

Təsir yoxsa mübarizə!?

Təsir  yoxsa   Mübarizə!?

Təsir yoxsa  mübarizə!%3F
 

Bu yaxınlarda maraqlı bir yazıya rast gəldim və sizinlə də paylaşmağa qərar verdim.Yazı  belə  idi....

Bir qurbağa sürüsü meşədə gəzərkən içlərindən ikisi quyuya düşdü.Digər qurbağalar həmin dəqiqə quyunun ətrafına toplaşdılar.Quyu olduqca dərin idi və qurtuluş şansları olduqca çətin idi.Quyunun üstündən “nahaq yerə çırpınmayın,onsuzda qurtula bilməyəcəksiniz”səsləri getdikcə ucalırdı.Quyudakı qurbağalar bu sözlərə əhəmiyyət vermədən tullanmağa davam edirdilər.Ancaq üstdəkilər təkidlə “qurtula bilməyəcəksizniz, nahaq yerə özünüzü yormayın” dedilər.Ən sonunda qurbağalardan biri bu sözlərdən təsirlənib quyunun dibində büzülüb qaldı.Ancaq digər qurbağa təkidlə tullanaraq quyudan çıxmağa can atırdı.Yuxarıdakılar “səndə məğlub olub,orda qalacaqsan “demək istərkən birdən qurbağa son bir cəhdlə quyudan bayıra atıldı.Digər qurbağalar çaşqınlıq içində qalıb ordan necə qurtulduğunu soruşdular.Ama qurbağa cavab vermədi çünki qurbağa kar idi...

Əslində sizdən soruşmaq istədiyim sual belədir.Bəs bizlər necə  keçmişdə və ya indi edə biləcəyimiz bir şeyi sırf "Edə bilməzsən!" deyildiyi  üçünmü etməkdən əl çəkdik?Siz hansı insanlardansınız: tez təsir altına düşənlərdən ya mübarizə aparanlardan!?

10 mart 2011
GO BACK