Qadin.NET / Düşüncələrimizə məsafə qoymağı bacarmaq

Düşüncələrimizə məsafə qoymağı bacarmaq

 

Düşüncələrimizə məsafə qoymağı bacarmaq

 

Düşüncələr özbaşına meydana gəlirlər. Meydana gəlmələri üçün ayrıca səy göstərməyinizə ehtiyac yoxdur. Beynimizdə dayanmadan düşüncələr meydana gəlir. Biz hiss etmədən zehnimizin özü bəzilərini süzgəcdən keçirir. Süzgəcdən keçirə bilmədiyimiz düşüncələr isə ağılımıza gəlir. Bu düşüncələrin sayı çoxdur. Bəzi insanlar buna çox əhəmiyyət vermirlər. Bəzi insanlar isə düşüncələrini izləməyə başlayırlar. Bu düşüncələri şərh etməyə və analiz etməyə başladığımızda isə həyatımız artıq düşüncələrdən ibarət olur."Qapını açıq buraxdımmı?", "mənə niyə elə baxdı?", "mən normal deyiləm?", "bu işlər həmişə mənim başıma gəlir!", "indi nə olacaq?", "yenə pis olacam?" kimi saysız və əksəriyyəti mənasız olan düşüncələrdir bunlar. Zehnimizin keçmiş və gələcək ilə əlaqədar düşüncələri və bu günlə əlaqədar şərhləri bizimlə davamlı olaraq bərabərdir. Bu düşüncələri qovmağa və ya yox saymağa çalışmaq mümkünsüz bir şeydir. Ümumiyyətlə ağılımıza gələn düşüncələrlə üç növ rəftar edirik.

İtələmək

 

 

Düşüncələrimizə məsafə qoymağı bacarmaq

 

İstəmədiyimiz düşüncələrin ağılımıza gəlməməsini təmin etməyə çalışmaqdır. O düşüncəni düşünməməyə çalışarıq. Ümumiyyətlə, bunun bir faydası olmaz. İtələdikcə, o düşüncə daha çox ağılımıza gəlir. 

Çəkmək

 

 

Düşüncələrimizə məsafə qoymağı bacarmaq

 

Burada o düşüncələri daha çox düşünməyə başlayırıq. Bunlara məntiqi cavablar tapmağa çalışırıq. Məsələn; "ya ürəyimdə bir şey olsa?" düşüncəsi ağlına gələn bir adam "bu an ürəyimdə bir şey yoxdur, 6 ay əvvəl müayinə oldum" kimi düşüncələri ağlına gətirir. Ancaq bunları düşünməyə başladıqca daha da o düşüncənin içinə girər.

Basdırmaq

 

 

Düşüncələrimizə məsafə qoymağı bacarmaq

 

İstəmədiyimiz o düşüncə yoxmuş kimi davranarıq. Zehnimizlə o düşüncə arasına bir divar hörürük. Ancaq bu vəziyyət, bizi dünyadan uzaqlaşdıra bilər. Düşüncələr bir dəfə meydana gəldikdən sonra sonsuza qədər ağlımızda yer tutmazlar və keçicidirlər. 

Ancaq insanlar bunu bilmədiyi üçün bu düşüncələrin arxasıyla gedirlər. Halbuki düşüncələri dalğalara bənzədə bilərik. Dalğalar sahilə vurar və sonra itir. Ardından bir başqa dalğa gəlir, o da sahilə vurar və itər. Düşüncələr də dalğalar kimi gəlir və sonra itir.

Düşüncələri yalnız bir düşüncə olaraq görə bildiyimiz müddətcə, onların idarəsində yaşamaqdan xilas ola bilərik. 

14 dekabr 2014
GO BACK