Bir qadına baxdığınızda nə görürsünüz? Ana, dişi, bacı, haralı olduğu, saçının rəngi, makiyajı, dekoltesi, xoşbəxt baxışları yoxsa bunların hamısı? Birlikdə olduğumuz adamın davranışının altındakı gizli səbəbləri görə bilirikmi?
Əlaqələrdə tərəflərin bir-birlərini cinsiyyət xüsusiyyətlərinə görə tanıması da gözəl davam edən bir əlaqədə davranışların təməlini meydana gətirir. Evlilik və sağlam bir gələcək bir az "dözmək" demək olduğuna görə xoşbəxt əlaqənin əvəzi fərdi eqolardan imtina etməkdir. Yəni iki insan bərabər yaşamağa qərar veribsə, heç bir şey artıq gəldiyi kimi getməyəcək.
Əslində çox da səy göstərmək lazım deyil. Cavab yalnız daha diqqətlə baxmaqda gizlidir. Qadın qəzəbləndiyi zaman baxışlarından yağış yağır, hirsi külək kimi dolaşır üzünün ətrafında. Onun sahəsinə o anda girsəniz, siz də öz payınızı almış olarsınız. Davranışlarının altındakı gerçək səbəblər hər zaman görünəndə olanlar deyil, çox zaman gizli olanlardır. Məktəbdən evə gəldiyiniz zamanlarda ananızdan gördüyünüz pis rəftarın səbəbini düşünün. "İndi mən nə etdim?" deyə ağlınızdan keçirdiyiniz zaman ev ayaqqabılarının havada uçduğu o günlər. Əslində qəzəbinin sizinlə heç bir əlaqəsi yoxdur. Onu hirsləndirən ya atadır, ya işlərin yorğunluğu, ya da qonşular (Çox vaxt onların da bu vəziyyətdən xəbərləri olmur).
Qadın qəzəbinin altında "özünü ifadə edə bilməməsi" var. Onu hirsləndirən tək şey başa düşülməməkdir. Əlaqələrdə iki tərəf də "Mən haqlıyam" müzakirəsinə girdiyi zaman kimsə kimsənin səsini eşitməz və aralarındakı məsafə açılar, reklam xatirinə də səslər yüksəlir, dava başlayır. Əlaqədə qarşıdurmanın ortasında qalan bir uşaq kimi psixoloji olaraq zərər görər. Qədimlərdən hər kəsin eşitdiyi bir söz var "Bir tərəf danışanda digər tərəf susmalıdır." Bəlkə də keçmiş evliliklərin müvəffəqiyyət sirri elə bu idi. Amma bu günün əlaqələrində susmaq həmişə qarşı tərəfdən gözlənildiyi üçün eyni nəsihət artıq etibarlı deyil. Əlaqələrdə cinsiyyət dillərini yaxşı bilmək və bunun üçün səy görsətmək lazımdır. Cinsiyyət dillərini bilmək tərəflərin bir-birlərinə necə davranacaqlarını bilmələri deməkdir.
Qəzəbimiz əlaqəsi olmayan şeylərə davranış şəklimizdən özünü müəyyən edər. Əşyalara toxunmağımızdan, "bəli" deməyimiz lazım olan yerlərdə, sərtcə "xeyr!" deməkdir, işləri sürətli bir şəkildə etməkdən, gedərkən çıxardığımız ayaq səslərindən və.s.
Qadın bir çox şeydə özünü ələ verir:
-Hirslə qarşınıza keçib qışqırır ya da danışmaq istəyirsə, bu, yaxşıya işarədir. Müzakirə uzanmayacaq. Əsla "sonra danışaq" deməyin, icazə verin danışsın.
- "Danışmaq istəmirəm, get" deyib hirslənirsə, tam tərsidir, mübahisə hələ çox uzanacaq.
- Sizi eşitmirsə, "Öz işini özün həll et" deməkdir.
- Qadın susursa, yığır deməkdir.
- Dalaşmaq əsnasında günahlandıraraq yanınızda ağlayırsa, sizi razı etmək üzrədir. Amma saxta ağlamağının üzünə vurulması ölümcül xəta ola bilər.
- Səssiz və uzaq bir yerdə ağlayırsa, həqiqətdir və bu işin sonunda şübhəsiz intiqam var. Lakin bir müddət hər şeyi unutmuş kimi yoluna davam edər.
- Qadının qəlbi qırılsa, gec ya da tez bu əlaqə bitər, hirslənərsə, davam edər.
Əlaqələrdə müzakirə sonrası əgər heç bir müdaxilə etməsəniz, özünə gəlsin deyə gözləsəniz, uzanan müddətə qədər dözər. Deyəcəkləri üst-üstə yığılar. Artıq unutmuşdur dediyiniz ilk dəqiqədə sizi hər şeyə peşman edər. "İndiyə qədər harada idin?" sualının cəzasıdır bu.
- Əsla ani qərarlar verməz qadın. Verdiyi qərarların arxasında böyük bir keçmiş vardır. "Nə gözəl gedirdi? Birdən nə oldu bu qadına?" deyə qara-qara düşünməyin.
Qadın analıq instinkti ilə var olduğu üçün edə biləcəklərinin və düşünə biləcəklərinin sərhədi yoxdur. Ən qarışıq, ən qeyri-mümkün, ən maraqlı fikirlər keçirər ağlından. Çünki varlığındakı qoruma instinkti lazım olduğunda sərhədləri sonuna qədər zorlayar. Dözümlülüyü bu xüsusiyyətindən gəlir. Xüsusilə uşağı olan bir qadın ən çətin şərtlərdə belə ayaqda qalmağın yollarını, şübhəsiz ki, tapar.
Nəticə olaraq, bütün əsəbinin, bütün nazlarının, bütün qarışıqlıq kimi görünən sirli hallarının tək bir şərhi var, o da diqqət və maraqdır.
Hər mənfi davranışının altındakı əsəb diqqət əksikliyindəndir. Bu vəziyyət hər iki tərəf üçün də etibarlıdır. Amma dilə gətirilməz.
Tərəflər bəzən həll tapa bilmədikləri mövzularda günahkar axarırlar. Əsasən diqqətsizlikdən pozulan əlaqədə pulsuzluq və ya xəyanət günahkar olur.
Diqqətlə baxıldığında görərik ki, qadın xoşbəxtdirsə, sanki ətrafına işıq saçır. Bütün əlaqələri nizama salır, yoldaşını daha xoşbəxt edir, ailəsiylə daha çox maraqlanır, uşağına daha çox zaman ayırır. Xoşbəxt qadın xoşbəxt uşaqlar deməkdir, bu dəyişməz faktdır. Xoşbəxtkən yeməyi belə daha gözəl bişirir. Sevgiylə etdiyi hər şeydə müvəffəqiyyətli və məhsuldar olur.
Qadın baxımlıykən deyil, xoşbəxtkən daha gözəldir.