Qadin.NET / Evliliyim üçün nələr etdim?

Evliliyim üçün nələr etdim?

Dəyərli oxucular, bu həyat etirafı mənə aid deyil. İzlədiyim saytlardan birində rast gəldiyim istifadəçi məktubudur. Sadəcə oxuyarkən çox təsirləndim. Mənə həyat dərsi olacaq bir çox məqamlar gördüm. Bu səbəbdən istədim bölüşüm ki, siz də faydalanasınız

(Diqqətinizi xüsusən çəkmək istədiyim cümlələri seçmişəm).

"Biz yoldaşımla çox sevərək evləndik. Hər şey yolunda idi, çox xoşbəxt bir evliliyimiz vardı. O mənim, mən onun üstündə əsərdik. O nə desə, əmr idi mənim üçün. Bir gün başı ağrıyarkən etdiyim bir dua ağlıma gəldi indi. Dedim ki, Rəbbimə, Allahım, ağrını onun başından al, mənim başıma ver. O gecə başım heç ağrımadığı qədər çox ağrımışdı. Tam bir il yarım  Cənnət kimi bir yuvamız vardı. Hər kəs qibtə ilə baxardı. Evimizə gələn qonaqlarımdan neçəsi eyni şeyi söyləmişdilər: "…sizin evinizdə başqa bir hava var…"

Duyğularımın təsiriylə göylərdə uçarcasına yaşadım. Duyğularım məntiqimi və gözümü kor etmişdi. Yoldaşımın bəzi səhvlərinə şahid olsam da, onu öz gözümdə böyütməyi bacardım hər zaman. O mənim üçün qüsursuz idi. Təəssüf ki, mən Allahımdan çox yoldaşıma tapmağa başlamışdım, fərqində deyildim. Amma qüsurlu insanoğlu bu qədər sevgini, eşqi daşıya bilməz. Çünki o eşq elə güclü bir duyğudur ki, Yaradandan başqasına yaraşmaz. Amma mənim Rəbbim mənim ona çatmamı mane olan ən böyük bütümü qırdı...

Evliliyim üçün nələr etdim?

Bizim çətinliklərimiz dekabr ayında oğlum dünyaya gələndə, oğlumuzla birlikdə ailəmizə yoldaşımın ailəsi müdaxilələrə başlayanda yarandı. Mənə bunu etdilər deməyəcəyəm. Çünki öz-özümə söz verdim. Yoldaşımın ailəsi, yoldaşım və mən, daha sonra dost, qohum hamı bir olub bizim gül kimi yuvamızı az qalsın yıxırdıq.

O zamanlar sakit ola bilmirdim. İtən hüzurumu daha da sərtləşərək əldə edə biləcəyimi zənn etdim. Onlar hücum etdikcə mən də misli ilə cavab verdim. Amma nəticə hüsran oldu. Kim haqlı, kim haqsız, kim zalım, kim məzlum-sabah Haqq qatında müəyyən olacaq, əlbəttə.

Anamın evində oğlumla iki ay keçirdik. Çox çətin günlər idi. Boşanma arasında gəldim, getdim, dayandım. Əmin olun, on dəfə boşanmaq üçün səbəbimiz vardı, çünki bir-birimizə çox pis davrandıq. Bunu evliliyindən ümidini kəsənlər üçün söyləyirəm. Pis günlərdə ağıl verən dost görünüşlü fəlakət dəllalları çox olar. Belə günlərdə xeyrə tövsiyə edənlər nədənsə azdır. Onsuz da mən də ətraf nə desə, onu dinləməyə hazır idim.

Bir gün oturdum öz-özümə qərar verdim. Dedim ki, mən bu yuvanı yıxmayacağam. Rəbbimin ən sevmədiyi haramı etməyəcəyəm. Başda Allahım, sonra oğlum üçün və özüm üçün səbr edəcəyəm. Mənim çətin günümdə bir hal-xətir soruşmayacaq, mən təkliyimə ağlayarkən özləri yoldaşlarının, uşaqlarının yanında sənə nisbət edəcək insanların "boşan getsin" dediklərini ya da başqa pis hər nə dedilərsə, əhəmiyyətsiz hesab edəcəyəm. (Birisinə boşan demək çox günah imiş). Məni ayırsaydılar, əllərinə nə keçəcəkdi, hansı dost, hansı düşmən idi heç cür ayırd edə bilmədim. O nə dedi, bu nə dedi deyə həyatımı, yuvamı, uşağımı, yoldaşımı və özümü puç etməyəcəyəm, etdirməyəcəyəm Və bu yolda nə lazım olsa, edəcəyəm, geri dönməyəcəyəm.

Evliliyim üçün nələr etdim?

İşə ətrafımdakı insanları günahlandırmağı buraxaraq başladım. Ətrafımızdakıların səhvlərini deşməkdən öz səhvlərimizi görmürük belə. Baxış bucağımı dəyişdirdim-dünyam dəyişdi. Artıq o bunu etdi demək yerinə, mən də bunu etdim, layiq oldum deyirdim. Allah mənim cəzamı verdi. Həm Allah demirmi: "Başınıza gələnlər sizin əllərinizlə etdikləriniz ilədir, lakin Allah çoxunu bağışlayar." Səhvlərimi fərq edincə kompensasiya yollarını axtardım, sonra "Onsuz da mənim başqalarının etdiklərini düzəltməyə gücüm çatmaz. Mən öz etdiklərimdən məsulam." dedim. Bu şəkildə özümlə üzləşdim, davamlı nəfsimi təmizə çıxarmaqdan imtina etdim. Eynilə bir həkim kimi əvvəl diaqnoz qoydum, sonra müalicə etdim səbr, tövbə və duayla.

Bütün qürurumu, kinimi ayaqlarımın altına aldım. Qürurumdan "etmərəm" dediyim hər şeyi etdim. O qırıldıqca nə qədər qürurlu bir insan olduğumu gördüm. Qürurum nəyə yarayacaqdı ki, tək qalmaqdan başqa. Onsuz da dost zənn etdiyim qürurum deyilmi məni bu hallara salan…

Evliliyim üçün nələr etdim?

Mən son damlaya qədər səbr edən, amma daşınca sel kimi önünə nə gəlirsə, yıxanlardanam. Əslində səbr son anda, fəlakətin basdığı anda edilənmiş. Mənim etdiyimsə səbrini yavaş-yavaş bitirmək, son ana bir şey buraxmamaq idi. Çox əsəbi və səbirsiz bir insan olduğumu fərq etdim. Bol-bol dua oxuyaraq, Alla dan kömək və səbr diləyərək məğlub etməyə çalışdım və bu səbrimi, sakitliyi hər anıma ən kiçikdən ən böyük hadisəyə qədər həyatıma keçirməyə çalışdım.

Bu müddət ərzində imtahanım davam etdi. Yoldaşım məni davamlı sınadı. Ürəyimi qırdı, üzdü. Aylarla özümü onun arvadı deyil, xidmətçisi kimi hiss etdim. Artıq dözə bilməyib imtina edəcəyimi düşündüyüm anlarda həmişə başa dönüb niyyətimi nəzərdən keçirdim və sonra yenə qırdım qürurumu. O mənə nə etsə də, sakit olub səbr etməyə, ona yaxşı davranmağa davam etdim.

Heç kimdən heç nə ummamağa qərar verdim. Nankor insanoğlu-bunu Rəbbim söyləyir. Qüsurlu insanoğlundan qüsursuzluq gözləmək axmaqlıdır. Əsla haldan anlamaz, qiymət bilməz. Nə istəyirəmsə, ona əvvəl mən davranmalıydım. Yoldaşım mənə arxasını dönüb yatdı, mən ona sarıldım. Xüsusilə baş-başa ikən ona əvvəl mən yaxınlaşdım. O mənim üzümə gülmədi, mən ona həmişə güldüm, əsla ondan gözləmədim. Ona mümkün qədər ən kiçik şeylərdə belə itaət etdim. Onunla bir yerə getmək, birlikdə vaxt keçirmək üçün fürsət gözlədim. Onu düşündüyümü müəyyən edəcək tərzdə özümə çəki-düzən verdim, onun sevdiyi yeməkləri, tortları bişirdim. Onun vasvasalandığı şeylərə xüsusilə diqqət yetirdim.

Yoldaşıma etdiklərimdən, söylədiklərimdən peşman olduğumu söylədim və üzr istədim. O məndən diləmədi və hələ də özünü haqlı gördüyü hər halından bəlli idi. Bu, Allahı ilə onun arasındadır, buna mən qarışa bilmərəm.

Şeytan məni doldurmasın deyə mən özümü faydalı şeylərlə doldurmağa cəhd göstərdim. Məni üzən, xatırlayanda canımı yandıran nə varsa, yoldaşım ailəm də daxil onlara da tənbeh etdim və heç keçmişdən danışmadım. Mənə zərəri olduğunu, mənə pis təsir etdiyini fərq etdiyim yoldaşlarla görüşməyi kəsdim. Xüsusilə "boşan getsin" deyənlərlə. İnsanların haqqımdakı pis söz, fikir və davranışlarını əhəmiyyətsiz hesab etməyə qərar verdim. Hər kəs əkdiyini biçəcək bir gün. Faydalı kanallar izləməyə, kitablar oxumağa başladım. Xüsusilə ailə həyatıyla əlaqədar kitabları.

Hər şeyi idarə edirdim, amma ən çox canımı yandıran yoldaşımla köhnə münasibətlərimizi tapa bilməmək idi. Təfəkkür imdadıma yetişdi. Rəbbim dərmansız dərd verməzmiş. Mən çayı iki şəkərli və açıq içərdim. Çox sınadım şəkərdən imtina etməyi, amma bacarmadım və "şəkərsiz çayın dadımı olarmış" deyib boş verdim. Olurmuş məgər. Şəkərsiz çayın dadına vardım mən. Həm də dəmli içirəm. Elə çox ləzzət alıram ki, əvvəlkindən daha çox çay içər oldum. Necə ki, "şəkərsiz çay içə bilmərəm" deyirdin, şəkər həm zərərli, həm imtina edilməz idi. Bəlkə bu hadisələr həyatında dad buraxmadı, imtina edilməzin çoxu duyğunu aldı apardı, amma əmin ol alışacaqsan. Hətta şəkərsiz dəmli çay kimi daha ləzzətli gələcək.

Evliliyim üçün nələr etdim?

Yaşanan o qədər şeylə birlikdə acılarıma duyğularımız da yükləndi. Mənim göz yaşlarım onun vecinə belə deyildi. Mən də o çox qiymətli gözümün yaşını ona əsla göstərmədim. Gizli-gizli ağladım, fərahladım, amma ona heç bildirmədim. Qaşqabağımı tökərək nə öz günəşimi, nə də evimin günəşini söndürə bilməzdim. Nə qədər qəbahətli olursa olsun, kişi qarşısında qaşqabağını tökən qadın istəmir.

Yoldaşımla, ailəsiylə, ətrafın sözüylə məşğul olmağı buraxdım. Əmin olun, çox rahatlandım. Məni daha çox oğlumun atasına olan düşkünlüyü rahatlaşdırır. Atası gələndə uçaraq gedir qapıya. İndi boşanmış olsaydıq, oğlumla atasının o ən xüsusi anlarına şahid ola bilməyəcəkdim, bir-birlərinə necə sarılıb öpdüklərini, oynadıqlarını görə bilməyəcəkdim, oğlumu atasından ayıraraq ona ən böyük pisliyi öz anası olan mən edəcəkdim və atasının boşluğunu əsla doldura bilməyəcəkdim.

Qarğış etməyi buraxdım, dua edirəm. Pisi düşünmək və istəmək ürəyimi qaraltmışdı. Yaxşılıq düşünə bilməz olmuşdum. Kin və nifrət etməyi buraxdım, onları anlamaya çalışdım. Gözəl görən gözəl düşünər. Gözəl düşünən həyatından ləzzət alar.

Yoldaşımın qüsurlarını və sərhədlərini kəşf etdim və onu elə qəbul etdim. Məgər mən onu heç tanımamışam. Artıq onunla bihudə döyüşmürəm, onu tanıyıram, qəbul edirəm, qədərimə razı oluram və onu belə sevməyə çalışıram.

Yoldaşımı çox sahiblənər, onu hər kəsdən qısqanardım. Onun mənə aid olmadığını çox yaxşı anlamışdım onsuz da. O, mənə aid deyil, mən də ona, əslində ikimiz də Rəbbimizə aidik.

Yoldaşıma haqqını verməyə çalışdım. Özümü onun haqqında yaxşı düşünməyə məcbur etdim. Onunla döyüşü buraxdım, barışdım, könüldən bağışladım. Nəticədə, o mənim ərimdir, övladımın atasıdır və ruzimizə o vəsilə olur. İdarə haqqı ona aiddir. Ona haqqını təslim etdim. Qadınlığımı və yerimi bildim, bəllədim. İntiqam almaq kimi vəsvəsələrimi susdurdum. Qadına, xüsusilə anaya mərhəmət, sükunət və itaət yaraşır. İndilərdə çox maddi çətinliklərimiz var. Xərcləmələrimizi qısıram. Onu günahlandırıb özümə qışqırtmaq yerinə ona dəstək oluram, təsəlli edirəm.

Eşqi, romantikanı, gərəksiz duyğusallıqları buraxdım. Çünki bunlar mənim yuvamı qurtarmır, əksinə bunları istəmək, gözlənti içində olmaq daha da zərər verir.

Yıxmaq asandır, əsas məsələ təmir etməkdir. Ayağı qırıldı, ağır yaralandı deyə insan ölməz, ya da öldürülməz. Bəli, mənim evliliyim böyük zərbə aldı, qırıldı, amma ölmədi, çox şükür. Qırıq, çatlaq da olsa, yaşayır. Qoparıb atmadım, bədənimin yaralarını qucaqlayıram. Cənazəsinə ağlamıram, evliliyimin xilas olduğuna şükür edirəm. Həm də hər şeyə gücü çatan Rəbbim məni köhnə yaxşı günlərimdən daha yaxşı bir hala gətirməyə də qadirdir. Buna könüldən inanıram.

Artıq duyğularımın deyil məntiqimin və Rəbbimin təsirindəyəm. Başınıza nə gəlirsə gəlsin, Rəbbim hər vaxt bir vəsiləylə imdadınıza çatır. Yetər ki, səhvlərinizi görməyi bilin, nəfsinizi və şeytanı susdurun, məntiqinizi danışdırın və düzəltməyə qərarlı olun.

Allah səbr edənlərlə bərabərdir. Hər çətinliyin ardından mütləq bir asanlıq verər. Əkdiyimi yavaş-yavaş biçməyə belə başladım. Yoldaşımın hələ məni günahlandırdığını, məni artıq sevmədiyini bütün həyatım boyun buna səbr etməli lazım olacağını düşünərkən üç ay sonra, dünən gecə yoldaşım məni yatmış sandı və yanağıma bir dənə öpüş qondurdu. Ondan belə qiymətli bir öpüş heç almamışdım.

Yoldaşım əvvəllər, yaxşı günlərimizdə belə mətbəxdə heç yanımda dayanmazdı. Həmişə yanımda oturmasını istəyərdim, amma bir bəhanəylə yenə qaçardı. Keçən həftə mən mətbəxdə hazırlıq edərkən yanımdan heç ayrılmadı və kömək də etdi. Başqa bir gün də eynilə bunu dedi "Onsuz da üzünü az görürəm, gəl, iki dəqiqə yanımda otur." Tam bir ildir onun ağzından belə gözəl sözlər eşitməmişdim. Məni heç bu qədər xoşbəxt etməmişdi.

Evliliyim üçün nələr etdim?

İnsanlara pis xasiyyətlərini basdırıb Cənnətə tərtəmiz girsin deyə verir bu imtahanları Yaradan. Necə ki, bədənimizi suyla təmizləyirik, imtahanlarla da Rəbbim ürəyimizi çirklərindən, xəstəliklərindən təmizləyir və Rəbbim bizi tərtəmiz görmək istəyir. Məsələn, mənim qürurum o qədər basdırılmışdı ki, illərdir danışmadığım bir qohumumun gedib əlini öpdüm. Ürəyimə yük olurdu, çox yaxşı oldu. Artıq o qohumum ağlıma gəlincə əsəbiləşmirəm. Köhnədən çox xatirimə gəlir, əsəbiləşərdim, indi ağılıma belə gəlmir. Pis duyğular başqa pis duyğuları da gücləndirir. Kinli olmaq sinir və qüruru arxasından gətirir.

"Niyə verdin bu imtahanı" deyə üsyan etməkdənsə, "Hikmətin nədir Rəbbim, hansı səhvmi düzəltməyim üçün verirsən" deyilməlidir. Kimin ürəyini qırdım, kimi qınadınım, kimi unutdum, kimə vəfasızlıq etdim. Görməyi bilsəniz. Sükut, səbr və dua mənim qurtuluşum oldu. Rəbbim imtahanlarınızı asan və nəticəsi baxımından gözəl etsin İn şə Allah!"

28 noyabr 2014
GO BACK