Qadin.NET / Yaddaşınızı zəiflədən səbəblər

Yaddaşınızı zəiflədən səbəblər

Yaddaşınızı zəiflədən səbəblər
Yaddaşınız güclü deyilsə, bunun bir neçə səbəbi ola bilər. Vaxtında qidalanmamamaq və səhhətində problemlər yaşayanlar da yaddaş zəiflindən əziyyət çəkə bilərlər. Qeyd edək ki, orqanizdə B12 vitamini çatışmırsa, yaddaş zəifləyir. Hətta alzheimer xəstəliyinə tutulma riski də artmış olar. Gündəlik həyatınızda bir neçə xırdalıqları (ünvan, ad, əşyanı qoyduğunuz yeri) unudursunuzsa, demək, yaddaş zəifliyinin ilkin səbəbləri ilə qarşılaşmısınız.
Səhhətinizdə heç bir problemin olmadığına əmin olduqdan sonra hələ də yaddaş zəifliyiniz davam edirsə, aşağıdakı səbəblərə nəzər salın. 
Yaddaşınızı zəiflədən səbəblər
Yuxusuzluq
Yuxu insan beyni və bütünlükdə bədənin (orqanlar daxil) dincəlməsi üçün vacibdir. Sadəcə yatmaq deyil, hər gün eyni saatda yatmaq və eyni saatda oyanmaq vacibdir. Əks təqdirdə yuxu zamanı yaranan hormonların azlığından öhdəsindən gələ bilməyəcəyiniz çox şey ola bilər. Ən çox da az yaşlı uşaqların hər gün ən gec saat 22:00–da yatması vacibdir. Yuxuda olduğumuz zaman beyin günlük fəaliyyəti zamanı “qəbul etdiklərini” yaddaşa həkk edir. Yaddaşınızın zəifləməsindən əziyyət çəkirsinizsə, vaxtı-vaxtında və qədərində yatmağa cəhd edin. 
Yaddaşınızı zəiflədən səbəblər
Stress
Yaşadığımız mühit və ya dövr sanki özlüyündə stress əks etdirir. İşdə, evdə, məktəbdə və ya küçədə streslə qarşılaşırıq. Stress keçirdiyiniz zamanlarda bədən kortizol hormonu ixrac edir. Bu hormon yalnız və yalnız stressli olduğunuz zaman aktivləşir. Eyni zamanda çəki artır və qan təzyiqi yüksəlir. Bəzi insanlarda ürək xəstəliklərinə və yaddaş zəifliyinə gətirib çıxarır. Həddindən artıq stress keçirən insanların beyinlərində bir çox dəyişikliklər nəzərə çarpır. 
Yaddaşınızı zəiflədən səbəblər
Spirtli içkilər
İngiltərə alimlərinin apardığı tədqiqatlara əsasən qeyd edə bilərik ki, orta yaşlarda içki aludəçisi olan insanların yaddaşı sağlam insanlardan dəfələrlə zəifdir. 
Yaddaşınızı zəiflədən səbəblər
Şəkil çəkənlər
Bu “səbəb” hər birinizə qeyri-ciddi görünəcək, amma aparılmış araşdırmalara görə əşyaların və keçdikləri hər küçənin şəklini çəkənlərin yaddaşı zəifdir. Çünki onlar bir müddət sonra bu növ xırdalıqları xatırlamırlar. 
10 noyabr 2014
GO BACK