Həyatda hər şey istədiyimiz kimi olmur.Bəzən seçim qarşısında qalırıq.Seçim qarşısında qalıb,seçə bilməmək və ya istəmədiyin halda məcburiyyətdən seçim etmək çox çətindir.Bəzən belə suallar verirlər:ailə yoxsa karyera; varlı sevgisiz həyat yoxsa sevgi dolu kasıb həyat və s. hər kəsin özünəməxsus seçimi,cavabı olur. Amma bu yaxınlarda bir hadisə eşitdim, bu suallar o qədər acizləşdi ki...
“Türkiyədə yaşayan bir ailənin iki övladı: biri 13, digəri 19 yaşlı oğlan uşaqları böyrək çatışmamazlığından əziyyət çəkirlər. Ata böyrəklərindən birini iki oğlundan birinə verə bilər. Lakin ata hər iki övladının yaşamağını istəyir və həkimlərə hər iki böyrəyimi götürün deyə yalvarır. Qanunən bir insanın iki böyrəyinin də çıxarılmağı yolverilməz olduğundan həkimlər razı olmayıblar. Və ataya 2 oğlundan birini seçməsi üçün may ayına qədər zaman veriblər.”
Bu qədər çətin seçim qarşısında qalmağı insan heç düşməninə də arzu etməz. Lakin bu hadisəni eşidəndən sonra indiyə qədər <<mən niyə belə çətin seçimlər qarşısında qalıram>> dediyim hadisələr üçün özümdən utandım...
Bəs siz hörmətli istifadəçilər,nə vaxtsa çətin seçim qarşısında qalmısınızmı və ya məcburən etdiyiniz seçimləriniz olubmu?