Bu hal yəqin ki, hər kəsə tanışdır. Hava artıq qaralıb, vaxt keçir, yorğunuq və yatmağa, dincəlməyə ehtiyacımız var. Amma beynimiz düşünməkdən əl çəkmir və bizə müəyyən suallar verərək yatmağımıza mane olur. Çox adam bu anda eyni şeyləri düşünür. Gəlin, bir onlara nəzər yetirək. Görək bunlardan hansı bizdə var?
- Mən qapını bağladım da, hə?
- Əgər indi yatsam, 6-ya 15 dəqiqə qalmış dura bilərəm.
- Mətbəxdən gələn o səs nə idi elə?
- Hə, yəqin pişikdir.
- Dayan görüm, burda kimsə var, deyəsən.
- O nə idi bəs?
- Çox istidir.
- İndi isə çox soyuqdur.
- Gözümə nəsə görünür axı.
- Səhər elə yorğun görünəcəyəm ki.
- Doğurdan da, o nə səs idi, görəsən?
- Hər ehtimala qarşı telefonun əlimin altına qoyuram.
- Hmm, bir sosial şəbəkəmi yoxluyum, görüm.
- Facebook-a tez girib-çıxacam. İki dəqiqədən də tez olacaq.
- Aha, yeni ismarıcım var.
- Bax, elə bu saat yuxuya getsəm, 5-in yarısı ayılacağam.
- Zəngli saatı qurmuşammı?
- Birdən zəngi çalmasa?
- Ooo, balışın sərin tərəfi.
- Amaan, çiynimə nəsə dəydi. Birdən hörümçək olar.
- Eh, saçım imiş.
- Saçımı gərək kəsdirim.
- Maraqlıdır, görəsən, saçı indi neçəyə kəsirlər?
- Bəlkə də, mən özüm də kəsə bilərəm.
- Yox, keçən səfər heç də uğurlu alınmamışdı.
- Sabaha, görəsən, nə bişirim?
- Səhər, görəsən, hava necə olacaq?
- Saçımı necə etsəm, daha yaxşı olar?
- Evdə hamı artıq yuxuya gedib, bir mən qalmışam.
- Qarnı üstə yatmağı yoxlayacam.
- Nəfəs ala bilmirəm, kürəyi üstə yatacam.
- Yox, alınmır. Böyrü üstəni yoxlamalıyam.
- Bəlkə başımı o biri tərəfdən qoyum?
- Artıq iki saatdı yatmağa çalışıram.
- Acmışam.
Və bir də ayılırıq ki, səhərdir.
Belə hallarla qarşılaşmamaq üçün. Yatmazdan əvvəl beynimizi "format" etməliyik. Yerinizə girməzdən əvvəl evi hərtərəfli yoxlayın və rahatlıqla yerinizə girin. Beyninizdəki bütün düşüncələri bir kənara qoyun və sadəcə istirahət etməvə və düşünməməyə çalışın.