Qadin.NET / İnsanlar niyə belədir?

İnsanlar niyə belədir?

 

Dünyaya göz açırıq,anamız-atamız o qədər sevinir ki, biz gəldik deyə.Biz onları həyata bağlayan varlıq oluruq.Bizimlə yaşayır, sevincimizə sevinir dərdimizə kədərlənirlər.”Geyməyib geyindirir, yeməyib yedizdirir” bu söz artıq şablon olsa da bu gerçəkdi.Dəyişilməyən gerçək.

Əslində danışmaq istədiyim bu deyil.Demək istədiyim biz övladların valideyn qarşısında vəzifələrimizdir.Onlar bizi böyüdür,tərbiyə edir,təhsil verir,işə salır,toy edir,bizə Yeni həyat qurmağa kömək edirlər.Bəzilərimiz bu analıq –atalıq borcunu yerinə yetirən valideynlərimizə əlimizdən gəldiyi qədər kömək edirik.Könüllərini xoş tuturuq.Bu pərdənin ön hissəsidir,ön hissəsində olanlardır,bəs görəsən arxasında nə var!?Mənə görə arxasında xain övlad var.Ana –atasını içi bir damcıda olsun incinmədən qocalar  evinə qoyanlar var.Yaşlandılar deyə baxmayanlar var.Onları qocalar evinə qoyub  özü keyf içində yaşayanlar var.Budur  övladlıq?

Ömrünü övlad yolunda heç edən Ananın hörmətinin qarşılığımıdır bu?

Onları orada qoyub gedirlər.Ölübmü, sağdımı deyə heç xəbərləri də yoxdu.Nə bayram,nə əziz bir gündə heç ağıllarının ucundan da keçmir ki,mənim anam və ya atam var.Onlar bir gün bu olanları unudarmı?Məncə yox.Mənə ən qəribə gələn bəzi oğul olan övlad gəlinin sözü ilə ananı –atanı oraya qoyur.Onların bizim başımızın tacı olduğunu bilmir.

Dinimizdə də Anaya çox böyük dəyər verilir.Cənnət anaların ayaqları altındadır deyimini görəsən bu övladlar heç duymuyubmu?

Məktəb vaxtı belə bir yazı var idi kitabımızda:Bir qoca kişi övladının yanında qalır.Övladı da gəlini də ona o qədər də yaxşı baxmırlar.Ona yeməyi taxda qabda verirlər.Uşaq ata-anasının bu hərəkətindən bir şey anlamır.Anladığı bunun düzgün olduğu.Bir gün atası görür ki,uşaq bayırda taxta ilə nəsə edir,maraqlanıb soruşur.Uşaqsa cavabında sizə gələcək üçün yemək qabı hazırlayıram demiş...Ata bundan məyus olub səhvini başa düşür.Başa düşür ki,onu da belə bir gələcək gözləyir.Çox təəssüflər olsun ki,hamı bunu bu cür anlamır.Gəlin dərk edək ki,illərcə gecə-gündüz demədən onlar bizim üçün çalışıb,heç olmasa bizlər indi onların əməyinin yarısını da olsa qaytara bilək....Allah xain övladdan qorusun!

26 fevral 2011
GO BACK