Qadin.NET / Kamera və biz!

Kamera və biz!

 

Yəqin, xəbərin adından anlamış olarsınız söhbət nədən gedəcək.Söhbətim, toylarımız və orda baş verən bizlər üçün adiləşmiş,əcnəbilər üçünsə,qeyri-adi hallar barədə olacaq. :feel:

Nədir bizlər üçün adiləşən,əcnəbilər üçün qeyri-adi hesab olunan hallar?Yaxın əyləşin...

Toylara dəvəti alırıq,bəzənib-düzənib su pərisi kimi dəvət yerinə gedirik,bizə təyin olunan masa arxasında otururuq.Əvvəlcə,bütün zalı gözdən keçiririk."Görək necə salondur?Baxaq görək toya kimlərdən gəlib?".Daha sonra masanın üstündəki naz-neməti incələyirik.Daxilən,"Bu qədər yeməyi haramıza yeyəcəyik görəsən" desək də,yenə də adət belədir deyib boş veririk.Növbəti marağımız "oturduğumuz masanın kamera çəkimlərində diqqət mərkəzində olacaqmı,olmayacaqmı?"sualı ilə bağlı olur.Bəzən məhz bu səbəbdən yerimizi dəyişməyə də qərar veririk.Təki cəkilişlərə çox düşüm.Ancaq bu hələ,toy mərasimində yemək prosesinə başlamadan əvvəlki düşüncələrdir.İndi, gəlir yemək yeməyə başlamaq məsələsi.Əvvəlcə masanın üstünə düzülən müxtəlif adda salatlardan, çeşid-çeşid kolbasalardan, soyuq qəlyanaltılardan başlayırıq.Bu dəmdə musiqiçilərin həzin musiqi sədaları altında kamera işçiləri də iş başındadırlar.Mərasimi başdan ayağa videolentə alırlar.

Hə,bax indi dediyimiz məqama yaxınlaşırıq.El dilində "Kameraçəkən" və ya "Videoçəkən" qardaşlar masalara bir-bir yaxınlaşaraq dəvət olunan toy iştirakçılarını videoya alırlar.Yaxşı,bayaqdan diqqət mərkəzində olmağa can atan dəvətçi,indi niyə birdən-birə dondun?Ağzında çeynədiyin loxmanı da udmursan,nədir bu qədər gərginlik?Hələ bir yanında oturub yeməyə davam edənin də böyrünü “dümsükləyirsən” ki,"Yemə e,kamera bizi çəkir".

Fağır kamera neyləsin,o sadəcə çəkir də.Sən niyə oyun oynayırsan axı?Kamera uzaqlaşan kimi yenidən əvvəlki şəkildə davam edirsən.Kamera yaxınlaşan kimi yenə də donub qalırsan.Məgər bunu operator qardaşlar hiss etmir?Və yaxud da,bu videolent sonradan seyr ediləndə ordakı hallar bəlli olmur?

Bir sözlə,dəhşətik bu ixtiralarımızla...

Əziz oxucular,sizcə toylarımızda belə qeyri-adi halların olmaması üçün neyləmək lazımdır?Və ya toylarımız üçün əvvəlcədən yazılmış ssenari olmalıdırmı?Folklorşünaslarımız, etnoqraflarımız milli toy adətlərimizi nəzərə almaqla müasir, müxtəlif yaşa mənsub insanların zövqünü nəzərə almaqla toy ssenariləri yazıb onu insanların diqqətinə təqdim etməlidirlərmi?

23 fevral 2011
GO BACK